İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

ZƏİF XARAKTERİN XÜSUSİYYƏTİ: EQOİZM

Həyatını eqoistcəsinə yaşayan və Allah'ın ona bəxş etdiyi nemətləri insanlarla paylaşmayan şəxslər dünyada çətinliklərlə üzləşirlər. Allah Quranda "Həqiqətən, insan kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda özündən çıxır, bir xeyir nəsib olduqda isə xəsislik edir." (Məaric surəsi, 19-21) ayələri ilə insanların nəfsindəki bu zəifliyi xəbər verir.


İnsanlar çox tez eqoist ehtiraslara qapılırlar, hər fürsətdə özlərini ön plana çıxarmağa, mənfəətlərini qorumağa və hər kəsdən çox sevilməyə çalışırlar. Əgər Allah qorxusu ilə birlikdə gözəl iradə göstərməsə, nəfsi insanı 'yalnız məni sevsinlər, tərifləsinlər, təqdir etsinlər' kimi eqoist təlqinlər verir. Bu əxlaqa sahib insanlar başqalarının rahatlığını, hüzurunu və xoşbəxtliyini həmişə ikinci plana atırlar. 'Əvvəlcə onların rahatlığı təmin edilsin, mənfəətləri düşünülsün, başqaları xoşbəxt olsun, mən də onlara baxıb zövq alım' kimi fikirlərlərlə deyil, həmişə 'nə olarsa olsun, əvvəl mən' düşüncəsi ilə hərəkət edirlər. İman gətirənlər isə nəfslərindəki bu ehtirasa qalib gəlib Allah'ın razı olduğu əxlaqı yaşayırlar.

Ancaq bəzi insanlar 'onsuz da dinin bəzi hökmlərini yerinə yetirirəm, biraz da öz mənfəətlərimi güdməyimin nəyi yanlışdır?' kimi səhv düşüncəyə qapılırlar.Hətta insanın öz mənfəətlərini güdməsini 'həyatın reallığı' kimi qəbul edirlər. Yəni Qurana görə bunun yanlış olduğunu anlasalar da, şüuraltlarında həyatda sağ qala bilmək üçün əvvəlcə öz mənfəətlərini güdməli olduqlarını düşünürlər. Əks təqdirdə, öz mənfəətlərini heç kimin güdməyəcəyini, alçaldılacaqlarını və zərərə məruz qalacaqlarını zənn edirlər. Bundan başqa, hər kəs eyni əxlaqı göstərdiyi təqdirdə yalnız özünün fədakar davranmasını ağılsızlıq hesab edirlər. Bu düşüncələrinə görə də, fədakar və incə düşüncəli olmaq üçün nəfslərini tərbiyə etmirlər. Halbuki, insanın mənfəətlərini qoruya biləcək tək güc Allah'dır. İnsan eqoist davranarsa, özü üçün mənfəət də əldə edə bilməz. Allah bu vəziyyəti ayədə belə açıqlayır:

“Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir. ” (Yunus surəsi, 107)

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

 

İnsanların eqoistliyi ən çox mala və cana olan bağlılıqları ilə üzə çıxır. Gözəl və yaxşı olan hər şeyi yalnız özləri istifadə etmək istəyirlər. Məsələn, kimsə əşyalarından istifadə etmək istəyəndə vermək istəmədikləri üçün yalan danışa bilirlər. Mala olan bağlılıqları bütün həyatları boyu üzə çıxır. Gözəl bir yeməyin özlərinə qalmasını istəyirlər. Bunu başqaları ilə paylaşmamaq üçün tək olanda, ya da evdə heç kim olmayanda yeyirlər. Paylaşmaq məcburiyyətində olanda isə yeməyin ən gözəl hissəsini özlərinə saxlayıb digərlərinə qalan qismini təqdim edirlər. Eyni ilə, ediləsi çətin iş olanda da müxtəlif bəhanələrlə bundan qaçaraq başqalarının bunu öz boynuna götürməsinə çalışırlar. Öz canları hamınınkindən şirindir. Buna görə də, özləri boş, başqaları isə çox yorğun və ya məşğul olsalar belə bəhanələrlə aradan çıxırlar.

Nəfsindəki eqoizmi təmizləməyən insan ən bəsit hərəkəti belə edə bilər. Yəni həmişə öz istəklərinin reallaşmasını istəyir və ya son sözü özünün söyləməyini sevir. Məsələn, çox insanın olduğu yerdə öz bəyəndiyi musiqinin dinlənilməsini və ya televiziya kanalının seyr edilməsini istəyir. Başqalarının istəklərinə isə məhəl qoymur. İşlər bölüşdürülərsə ən asan olanı seçib, çətini isə başqalarına buraxır. Yorucu olan və ya fədakarlıq tələb edən işlərə girişmirlər. Halbuki, çox kiçik mənfəətlər əldə etmək üçün edilən bu rəftarlar insanın nə qədər səmimiyyətsiz olduğunu göstərir. Səmimiyyətsizlik isə insanın rahat yaşamağına imkan vermir.Yalnız öz mənfəətlərini güdən bir insan həmişə gizlincə ətrafındakı insanları aldatmaqla məşğul olur. Demək olar ki, həyatı boyu da bu gizli səmimiyyətsizliyinin ortaya çıxması qorxusu ilə yaşayır. Saleh müsəlmanların isə heç vaxt belə qorxuları olmur. Quranda səmimi müsəlmanların Allah'ın razılığını qazanmaq üçün canlarını və mallarını ortaya qoyduqları, heç bir qarşılıq gözləmədən yaxşılıq etdikləri, digər qardaşlarının ehtiyaclarını özlərininkindən üstün tutduqları bildirilir:

“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər (və deyərlər): "Biz sizi yalnız Allah’ın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! ...” (İnsan surəsi, 8-11)

Fədakar əxlaqlarına görə Allah müsəlmanlara bir nur bəxş edir. Əks təqdirdə isə, yəni eqoist davranışlarına görə Allah insanlara gizli əzab yaşadır. Eqoist davranışlarla digərlərinə tələ qurduqlarını və özlərinin ağıllı olduqlarını zənn edən bu insanlar, əslində tələyə özləri düşürlər. Bu, Quranda bildirilən sirlərdən biridir. Fədakar insan bu əxlaqına görə daha çox yorulan, malını-mülkünü verən, pulunu xərcləyən və öz istəklərindən keçən kimi görünsə də, vicdanən ən rahat, ən xoşbəxt, ən gözəl yaşayan da odur.

“Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.” (Yunus Surəsi, 107)

 

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran