YAŞLI İNSAN XARAKTERİ
- Küsəyən və ürəyi yumşaq olurlar
- Diqqəti cəlb etməyə çalışırlar
- Sözə baxmırlar
- Düşüncəsiz davranırlar
- Dünyaya çox bağlı olurlar
Gəncliyində hansı xarakteri mənimsəməyindən asılı olmayaraq, adətən, qocaldıqda cahil insanların standart xarakteri və həyat tərzi olur, ancaq bu mövzuya keçmədən əvvəl çox vacib bir məqamı da vurğulamaq istəyirik: Bu hissədə danışacağımız YAŞLI İNSAN XARAKTERİnin xüsusiyyətləri din əxlaqından uzaq yaşadıqları üçün yaranan əxlaq pozuqluğudur. Yəni həyatını Allah’ın razı olmayacağı tərzdə keçirən, qocalıb ölümə yaxınlaşdıqda da axirəti düşünməyən, dünyaya daha çox bağlanan insanların ruh halındakı pozuqluqlardır.
Əlbəttə ki, bu xüsusiyyətlər hər insanda fərqli tərzdə müşahidə edilə bilər, lakin burada bəhs edəcəyimiz pis əxlaq xüsusiyyətlərinin yalnız bir qismini və ya hamısını özündə əks etdirən insanlar ola bilər. Nəticə etibarilə burada mühüm olan Quran əxlaqından uzaq yaşamağın yaratdığı əxlaq və rəftar pozuqluğunun kiçik dünya yaratması və həmin insanların burada hər cür çirkin rəftar göstərməsidir.
Cahil qadınlar uşaqlarını evləndirib nəvə sahibi olduqdan sonra yaşlı qadın xarakterinə bürünürlər, kişilər isə ümumiyyətlə, təqaüdə çıxdıqları və ya işləyə bilməyəcək qədər qocaldıqlarına görə iş həyatını tərk edib evdə oturmağa başlayırlar. Bu vəziyyətdə özlərini ruhi və fiziki cəhətdən gənc hiss edənlər də cəmiyyətin verdiyi təlqinlərin təsiri ilə qocalmış insan kimi davranmağa məcbur olurlar. Ətrafındakı bütün dostları, həyat yoldaşları da qocalıb təqaüdə çıxmış, uşaqları da evləndiyinə görə öz problemlərinə başları qarışmış və onlardan xeyli uzaqlaşmışlar.
Bu insanlar, adətən, günlərini televizor seyr edərək, ya da mürgüləyərək keçirirlər, ancaq qadının yaşadığı "evdar qadın xarakteri"ndə heç bir dəyişiklik olmur, deyinmələri, kaprizləri həmişə davam edir. Həyat yoldaşları da eyni xarakterə sahib olduqda evin bütün məsuliyyətinin yalnız özlərinin üzərində olması onları daha da əsəbi davranmağa vadar edir. |