TƏK HƏLL YOLU: QURAN ƏXLAQI
Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll
 |
Quran əxlaqı insanlara bütün hadisələrə sadə həll yolları tapmağa və məntiqli davranmağa kömək edir. Bu əxlaqı yaşayan insanın başına hansı hadisənin gəlməsindən asılı olmayaraq, çarəsiz davranmır, bütün problemlərə cəld və məntiqli həll yolları tapır. Bu, Quran əxlaqının insanlara bəxş etdiyi böyük sirrdir. Çarəsizlik dindən uzaq yaşayan cəmiyyətlərdə hamı tərəfindən normal qarşılanır. Bir çox insan məsuliyyətsizliyini, cəsarətsizliyini və şövqsüzlüyünü çarəsizliyinin arxasında gizlədir. Bu isə Quran əxlaqının yaşanmadığı üçün ortaya çıxan problemdir . Ümumiyyətlə, Quran əxlaqını yaşamayan insan möminlərin rahatlıqla həll yolu tapdıqları mövzuları böyük problem kimi görür. Bunun səbəbi ağlından düzgün istifadə etməməsidir. Ağılsızlığın nəticəsində də həyatının hər anında kiçik və ya böyük problemlərlə üzləşir. Bunun ən böyük səbəbi problemlərə həll yollarının axtarılması əvəzinə, onlara gündəlik həyatın normal hadisələri kimi baxılmasıdır.
Çarəsizlik dindən uzaq yaşayan insanların həyatlarının hər anında müşahidə olunur. Həmişə ümidsiz və hər şeydən şikayətlənirlər. Problemlərə həll yolları tapmaq ağıllarına gəlmir, gəlsə belə qərarlı olmadıqları üçün həyata keçirə bilmirlər.Adətən iş yerlərində hamı öz etdiyi işi çox çətin və qarışıq göstərir. İnsanlar da buna inanır və beləliklə, etdiyi səhvlərə, laqeydliklərə, müvəffəqiyyətsizliklərə haqq qazandırır. Dindən uzaq yaşayan cəmiyyətlərdə çarəsizliyin ən böyük səbəblərindən biri də insanların öz şəxsi problemlərini belə həll edə bilməməsidir. Din əxlaqı yaşanmadığı müddətcə nəfsinə qulaq asan insan cəmiyyətə də faydalı ola bilməz.
Belə şəxslər hər vəziyyətdə öz nəfslərinin mənfəətlərini düşünəcəklər. Buna görə də Quran əxlaqının yaşanması ilə rahatlıqla həll edilən mövzu böyük problemə belə çevrilə bilər.
|
Allah bu üstün davranışların qarşılığı olaraq möminlərə düşmən gözü ilə yaxınlaşanları belə "yaxın dost"açevirir. Bütün insanların qəlbi Allah'ın nəzarəti altındadır. Allah kimi istəsə, onun qəlbini və düşüncəsini dəyişdirə bilər. Gözəl söz söyləyən insan Allah'ın əmrinə tabe olmaqla yanaşı, qarşıdakı insanın yaxşılığı üçün də dua etmiş olur. Allah Quranda gözəl və məlahətli sözün insan münasibətlərindəki müsbət təsirindən bəhs edir. Bu ayələrdən biri də hz. Musa (ə.s) hekayəsindədir. Allah hz. Musa (ə.s) və hz. Haruna (ə.s) Fironun yanına getmələrini və onunla yumşaq danışmalarını əmr edir. Firon olduqca zalım, mərhəmətsiz və azğındır. Ancaq Allah buna baxmayaraq, elçilərinə onunla yumşaq danışmalarını əmr etmişdir. Allah bunun səbəbini də ayələrində belə açıqlamışdır:
"Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Ta ha surəsi, 43-44)
Həmin ayələr möminlərin inanmayanlarla və qürurlu insanlarla necə danışmalı olduqlarını bildirir. Bu əlbəttə ki, səbir, təvazökarlıq və ağıl tələb edən davranışlardır.
Allah möminlərin əmrlərinə tabe olaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dostlara çevirəcəyini bir sirr olaraq bildirmişdir. Möminlərin vəzifəsi isə bu sirrin hikmətlərini düşünüb ən gözəl rəftarı qarşısındakına göstərməkdir. |