İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

KİŞİ XARAKTERLƏRİ

Cahil cəmiyyətdə adət-ənənələrə çox bağlı olan xarakterlərdən biri də "kişi xarakteri"dir. Demək olar ki, cahil cəmiyyətin hər üzvü bu xarakterin bütün xüsusiyyətlərini əzbərdən bilir. Hər ailə hələ anadan olmamış oğlan uşaqlarına bu xarakterin xüsusiyyətlərini necə öyrədəcəklərinin planlarını hazırlayır, xəyallarını qururlar. Çünki hər şeydən əvvəl bu cəmiyyətdə oğlan uşağına sahib olmaq böyük qürur səbəbidir. Cahil cəmiyyətdə hörmət edilən bu xüsusiyyətlər 'kişi dediyin...' deyə başlayan sözlərlə tez-tez dilə gətirilir.

Onlara görə kişi xarakterinin ilk xüsusiyyəti güclü və üstün olmaqdır. Həqiqətən də, bu təlqin kişilərdə qadınlara nisbətən daha güclü şəxsiyyətin formalaşmasını təmin edir və cəmiyyətdəki hər üzv də kişilərin bu üstünlük iddiasını dəstəkləyir. Cahil cəmiyyətdəki qadınların çoxu isə demək olar ki, ikinci dərəcəli və məzlum xüsusiyyətli xarakteri mənimsəyiblər. Bu vəziyyətdə kişilərdən daha üstün olan ikinci xarakter yoxdur. Məhz bu düşüncə onlarda ideal olduqları düşüncəsinə səbəb olur. Buna görə də heç kimdən, xüsusilə də qadınlardan heç bir tənqid və ya tövsiyə qəbul etmirlər. Bununla yanaşı, hər kişi özünü cəmiyyətin görmək istədiyi kimi olmağa məcbur hiss edir və uyğun görülən bu xüsusiyyətləri yerinə yetirməyə ciddi səy göstərir. Çünki cahil cəmiyyətdə kişilərin bu xüsusiyyətləri yerinə yetirməməsi olduqca alçaldıcı vəziyyətdir. Bir kişi uşaqlıq illərindən qocalanadək hər an çox güclü, cəsur olmaq məcburiyyətindədir və hər hansı bir mövzuda əsla zəiflik, məğlubiyyət və kişi xarakterinə zidd olan rəftar göstərməməlidir. Belə ki, xəstələndikdə, ya da hər hansı bir səbəbə görə əzab çəkdikdə də bunu bildirməməlidir. Çünki bütün bunlar yalnız qadınlara xas xüsusiyyətlərdir və kişinin dəbelə acizliklər göstərməsi cahil cəmiyyətin dünyagörüşünə yaraşmayan xüsusiyyətdir və ya öz ifadələri ilə desək "kişi ağlamaz".

Cəmiyyətin kişilərə uyğun gördüyü güclü, cəsur və ya hakim xüsusiyyətli olmağın heç birində yanlışlıq yoxdur və əslində bütün bunlar gözəl xüsusiyyətlərdir.
Quran əxlaqının yaşanmadığı cəmiyyətdə kişilərə aid edilən bu üstünlük iddiası "qürur" və "təkəbbür" duyğularının inkişafına səbəb olur ki, Quranda insanların bu cür rəftarlardan çəkinmələri əmr edilmişdir:Cəmiyyətin özü üçün təyin etdiyi modeli qəbul edib özünü inkişaf etdirməyən cahil evdar qadın, həyatını özü üçün təyin olunan sərhədlər daxilində yaşayır. Bunun ən vacib səbəblərindən biri dünyanın yaşanılacaq tək yer olduğunu düşünməsi, axirətin və Allah’a hesab verəcəyi günün yaxınlaşdığına etinasız yanaşmasıdır. Əlbəttə ki, ölümdən sonrasını düşünməyən insanın bütün həyatı da bu qısa dünya həyatına aid mənfəətlər əldə etmə səyi içində keçir. Belə insan ətrafındakı insanların təyin etdiyi qaydaları pozmadan yaşamağa çalışır. Allah’ın razılığını deyil, ətrafındakı yüzlərlə insanın razılığını axtarır. Məhz bunun nəticəsi də cahil cəmiyyətin sadə həyat tərzidir. Bu həyat tərzinin təməl prinsipləri isə müəyyən olunmuş qaydalardan ibarətdir. "İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir." (Loğman surəsi, 18)
Buna görə də cahil kişilərin əslində çox gözəl olan bu xüsusiyyətləri mənfi xüsusiyyətlərə çevrilir və ortaya ideal olduqlarına əmin olan, nə öz həmcinslərinin, nə də digər insanların sözünə etibar etməyən eqoist bir şəxsiyyət çıxır.

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

KİŞİ XARAKTERLƏRİndən müxtəlif nümunələr

Bura qədər izah etdiklərimiz cahil cəmiyyətdəki kişi xarakterinin əsasını təşkil edir. Əsası bu quruluşda olan, ancaq ailə, ətraf mühit, həyat şərtləri kimi təsirlərdən yaranan bir çox KİŞİ XARAKTERLƏRİnə də rast gəlmək mümkündür. Bunlardan bəzilərini belə sıralaya bilərik:

Əvvəldə bəhs etdiyimiz kişi xarakterinin tam əksini yaşayan insanları isə cahil cəmiyyətdə "arvadağız kişi" adlandırırlar. Cahil cəmiyyətdə bu xarakterdəki insanlar öz haqqlarını qoruya bilməyəcək qədər çox passivdirlər. Bu insanlar "kişi dediyin..." və bunun kimi məsəllərə məhəl qoymurlar. Üstün olduqlarını iddia etmək yerinə, ümumiyyətlə qadınların, ya da başqalarının hakimiyyəti altında yaşamağı seçən bu insanlar cahil cəmiyyət tərəfindən hər zaman alçaldılırlar. Şəxsiyyətsiz, gücsüz və öz dediklərinə görə"ana uşağı" kimi tanınırlar.

 

Cahil cəmiyyətdə son illərdə tez-tez rast gəlinən digər xarakter də "maço" dur və bu insanlar "kişinin üstün olduğuna " və "qadının da zəif " olduğuna inanırlar. Qadının hər hansı bir əşya kimi kişinin malı olduğuna, buna görə də, istər yaxşı, istərsə də sərt davrana " biləcəyini düşünürlər. Sərt və əsəbi hərəkətlərin, kobud davranışların və qısa müddətdə tərs xarakter göstərmələrinin özlərini daha cəlbedici göstərdiyini düşünürlər. Onsuz da, qadınların özlərinə bu xarakterdə bir həyat yoldaşı axtardıqlarından əmindirlər və buna görə də, bu rəftarları ilə çox cəlbedici olduqlarına inanırlar.

Cahil cəmiyyətin "axşamlar əylənən" adlandırdığı kişi xarakteri də vardır ki, bu insanlar həyatın ən mühüm əyləncəsinin xüsusi olaraq hazırlanan süfrələrdə içki içib, "sərxoş olmaq" olduğunu zənn edirlər. Özləri ilə eyni inancda olan digər yoldaş qrupları ilə birlikdə demək olar ki, hər "axşam" bu vərdişlərini təkrarlayırlar.

Səhərə qədər davam edən bu söhbətlərdə demək olar ki, heç bir faydalı və hikmətli mövzu danışılmır. Sərxoş olduqlarına görə saatlarla boş mövzulardan danışır, bir-birlərinə həyat dərsləri verirlər. Bəzən gecənin yarısında mübahisə etməyə başlayır və ətraflarındakı insanlar tərəfindən zorla sakitləşdirilirlər. Bu insanlar, adətən, gündəlik həyatlarında da axşamlar yaşadıqları bu sərxoş xarakterin bütün xüsusiyyətlərini əks etdirirlər.

Bu saydıqlarımız cahil cəmiyyətdə yaşanan KİŞİ XARAKTERLƏRİndən sadəcə bir neçəsidir. Təməli Quran əxlaqına uyğun olmadığı üçün cahil cəmiyyətdə yaşanan bütün bu xarakterlər səhv anlayış əmələ gətirir. Diqqətlə izlədikdə bu həyatı və xarakteri yaşayan insanların özlərinin də bundan məmnun olmadıqları açıq şəkildə görünür.

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran