Dövrümüzün xəstəliyi: İkiüzlülük və tamahkarlıq
"Gəmisini xilas edən kapitan" məntiqi cahiliyyə xarakterinin əsas xüsusiyyətlərindən olan ikiüzlülük və tamahkarlığın məqbul ifadə tərzidir. Qısa müddətdə qazanc əldə edəcəyini zənn edən bu cahiliyyə məntiqi əslində dünyada insanın alçalmasına, axirətdə isə sonsuza qədər cəhənnəmdə qalmasına səbəb ola bilər.
Özünə Quranı və peyğəmbərimizin (s.ə.v) sünnəsini yol göstərici kimi qəbul edən insanın ən diqqət çəkən xüsusiyyətlərindən biri olduqca fədakar olmasıdır. Çünki bütün mülkün Allah'a aid olduğunu və Onun razılığını axtarmaq üçün yalnız xeyir yolunda xərcləməli olduğunu bilir. Bu xərcləmə, yəni infaq (Allah yolunda xərcləmək) İslamın ən vacib ibadətlərindən biridir.
Möminlər sahib olduqları malları əllərindən gəldiyi qədər infaq etməlidirlər, yəni Allah'ın Quranda söylədiyi şəxslərə - "... yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cəhd edənlərə və müsafirlərə" - (Tövbə surəsi, 60) verməlidirlər. Allah’ın razılığı üçün edilən bu ibadət möminlərin böyük şövq və sevinc qaynağıdır. Allah Bəqərə surəsinin 177-ci ayəsində əsl yaxşılığın "sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən" şəxsin rəftarı olduğunu bildirir. İnsan surəsinin 8-ci ayəsində isə möminlərin xeyirxahlığı "Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər" deyə ifadə olunur. "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (Ali-İmran surəsi, 92) ayəsi də infaqın nə qədər vacib olduğunu açıqlayır.
Quran əxlaqının hakim olduğu cəmiyyətin vacib xüsusiyyətlərindən biri fədakarlıqdır. Bu cəmiyyətdə ən böyük dəyər Allah'ın razılığı və bunun üçün edilən fədakarlıqdır. Hər kəs şəxsi mənafeyi üçün deyil, mömin cəmiyyətinin ümumi mənfəətlərini düşünərək hərəkət edir. Özününki ilə başqa möminin mənfəətləri üst-üstə düşməyəndə isə Allah'ın razılığını qazanmaq üçün qarşı tərəfin dediyinə uyğun davranırlar. Gizlinin ən gizlisini də bilən Rəbbimiz Quranda Mədinəyə hicrət edənlərlə oradakı möminlər arasındakı üstün əxlaq nümunələrini belə təsvir etmişdir:
"(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin "tamahından qorunan kimsələr" nicat tapanlardır." (Həşr surəsi, 9)
"Gəmisini xilas edən kapitan" məntiqinin zərərləri
Quran əxlaqının yaşanmadığı mühitlərdə şəxsi mənfəətlərə söykənən cəmiyyət modeli hakimdir. Belə cəmiyyətdə böyüyən insan da uşaqlıqdan etibarən mənfəətçi və eqoist xarakterə sahib olması üçün təşviq edilir. Ailəsindən, dostlarından, ətrafındakı insanlardan adətən mənfəətçi və fürsətçi xarakterə olan şəxsləri görür. Bu təlqinlə cahiliyyənin mühüm qanununu, yəni "gəmisini xilas edən kapitan" olmağı öyrənir. Belə vəziyyətdə isə diribaşlılıq və fürsətçilik əsas rol oynamağa başlayır. Hər mühitdə maksimum öz mənfəətlərini düşünərək hərəkət etmək isə bunun göstəricisidir. Buna görə də insan hər vəziyyətdə öz şəxsi mənfəətlərini düşünərək "ən çox fayda verən" prinsip ilə hərəkət etməlidir.
Fərdlər arasındakı əlaqə də bu prinsip əsasında formalaşır…İnsanlar arasındakı əlaqə də bu prinsiplə formalaşır. İş yerində müdir işçilərdən, işçilər müdirlərindən, müştəri satıcıdan, satıcı müştəridən və dostlar bir-birlərindən mümkün olduğu qədər çox faydalanmağa səy göstərirlər. Bu xarakteri tamamilə mənimsəyərək istədiyini etdirən insanlara gizli heyranlıq bəsləyirlər. Edilən işin əslində nə qədər alçaldıcı olduğuna əhəmiyyət də verilmir. Hər kəs qarşısına çıxan imkanlardan maksimum faydalanmağa çalışır.
Fədakarlığı göstəriş üçün etməmək lazımdır
Bu davranışa Quran əxlaqını yaşamayan cəmiyyətlərdə normal baxırlar. Hər kəs özündən aşağı təbəqəyə məxsus insanları mümkün olduğu qədər alçaltmağa çalışır. Bu cür fürsətləri qaçırmaq isə ağılsızlıq hesab edilir. "Dünyaya bir dəfə gəlirik" düşüncəsi ilə hərəkət edən bu insanlarda Allah qorxusu yoxdur. Diribaşlıq adlandırılan bu düşüncə tərzi insana bəsit və güvənilməyən xarakter qazandırır. |