İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Cahil cəmiyyətlərdə müdir xarakteri

Din əxlaqını yaşamayan bəzi cahil insanlar bir-birinə zidd olan bir çox fərqli xarakterə bürünə bilirlər. Belə xarakterləri isə əsasən iş mühitlərində görmək mümkündür. Həmin vəziyyətlərdə isə bir-birindən fərqli bir çox xarakter formalaşır. Məhz bu xarakterlərin formalaşmasına isə məsuliyyətlər, alınan maaş və digər çalışanlara görə olduqları mövqe təsir edir. Onların sahib olduqları xarakterlər normal qarşılansa da, əslində çox qəribə xüsusiyyətləri var: mühitə görə dəyişə bilən iki xarakteri eyni anda yaşaya bilirlər. Bu xüsusiyyətlərdən birini, adətən, iş yerində vəzifəcə özlərindən üstün olan şəxslərə göstərirlər.      

Digəri isə özündən vəzifəcə aşağı olan şəxslərə göstərilən rəftardır. Bu kimi insanlar başçılarının yanında olduqda əzik xarakterə bürünürlər. Onlara həmişə böyük hörmətlə yanaşırlar. İstədikləri hər şeyi həmin an yerinə yetirir və ən kiçik səhv belə etməməyə diqqət göstərirlər. Başçılarının özlərinə hər cür sözü söyləməyə, hətta səslərini ucaldıb danlamağa belə haqqları olduğunu düşünürlər. Bəzi müdirlər belə davranışlardan heç narahat olmurlar. Bütün səyləri ilə özlərini bəyəndirməyə və gözlərinə girməyə çalışırlar. Buna görə də işdən kənar vəzifələri də boyunlarına götürürlər. Bütün bu rəftarların səbəbi isə çox açıqdır: onlara maaşlarını və vəzifələrini verənin müdirləri olduqlarını düşünürlər. Onların rəğbətini qazanmaq bu insanların kariyeraları və gələcək planları baxımından olduqca vacibdir.

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

 

Məhz bütün bunlara görə də tez-tez xarakter dəyişdirməkdən çəkinmirlər. Bu yerdə mühüm bir məqamı xatırlatmaqda fayda var: insanların özlərindən vəzifəcə və ya yaşca üstün olanlara hörmət göstərmələri əlbəttə ki, gözəl və doğru davranışdır. Ancaq onlar bunu edərkən maddi mənfəətləri deyil, Allah'ın razılığını əsas götürməlidirlər. Halbuki, cahil cəmiyyətlərdə yaşayan bəzi insanlar bunu heç düşünmürlər. Varlı və etibarı olan bir insanın əxlaqı zəif olsa belə, ona hörmət göstərirlər. Bunun qarşılığında isə özlərindən asılı vəziyyətdə olan hörmətli və gözəl əxlaqlı kimsələri isə heç düşünmədən əzməyə çalışırlar. Çünki burada da axtardıqları əsas dəyər Allah'ın razılığı deyil.  

Cahiliyyənin yanlış məntiqinə görə özləri o insanlardan vəzifə və maddi cəhətdən üstündürlər və belə olduqda onlara hər cür pis rəftar edə bilərlər. Artıq başçısının qarşısındakı o əzik insan getmiş, yerinə qürurlu, özündən çox razı biri gəlmişdir. Əmrindəki şəxslərə qarşı olduqca qəddar və kobud davranır. Çoxlu əmrlər verir, gözlənilməyən bir vəziyyət qarşısında isə işçisini hər kəsin yanında danlamaqdan çəkinmir.

Bu insanlar başçıları tərəfindən alçalmağı özlərindən asılı vəziyyətdə olan işçiləri əzməklə kompensasiya etmək istəyirlər. Beləliklə düşdükləri vəziyyətdən az da olsa, xilas olduqlarını düşünürlər.  
   
 Bu iki xarakter arasındakı ziddiyyət iş yerindəki bütün işçilər və cahil cəmiyyət tərəfindən də olduqca adi qarşılanır. Çünki sistem belədir: şirkətin sahibi müdirlərə, müdirlər katibələrə, katibələr də xidmətçilərə istədikləri kimi davrana bilərlər. Bunu ən sondan başa doğru sıralasaq, hər kəs özündən üstün olana qarşı əlindən gələn ən yaxşı davranışları göstərir və istənilənləri yerinə yetirirlər. Ancaq bir-birlərindən gizlində nifrətlərini dilə gətirməkdən çəkinmirlər və göstərdikləri hörmət də heç vaxt həqiqi olmur.

Açıq-aydın göründüyü kimi, bu çox yanlış sistemdir. Çünki bu insanlar gözəl davranmağı bildikləri halda, sırf bir-birlərindən mənfəət əldə edə bilməyəcəkləri üçün belə rəftar edirlər. Bu davranışlar cahiliyyə sisteminin yanlışları içərisində nəzərə çarpmır.  

Halbuki, belə davranışlara göz yummaq Quran əxlaqına uyğun deyil. Çünki insan vicdanının səsinə qulaq asaraq ən gözəl rəftarları göstərməklə məsuldur. Allah Quranda insanlara anlayışlı və təvazökar olmalarını əmr etmişdir. Vəzifəsi, etibarı, ya da sahib olduğu var-dövləti nə olursa olsun, heç bir insanın qürurlanacağı özünə aid xüsusiyyəti yoxdur. Vəzifəsi də, etibarı da ancaq uca Rəbbimizə aiddir. Həm də Allah Quranda: "...Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır." (Hucurat surəsi, 13) , - deyə bildirir.  


Məhz mömin bu həqiqətlərin şüurunda olaraq gözəl əxlaqı yaşayan insandır. Qarşısındakı şəxsin vəzifəsi, etibarı nə olursa olsun, hörmətlə və nəzakətlə davranır. Quran əxlaqından heç vaxt əl çəkmir. Buna görə də ikiüzlü və səmimiyyətsiz xarakterə də sahib olmur. Allah'ın bəyəndiyi əxlaqı hər an, hər yerdə, hər kəsə qarşı göstərir. Həm də bu gözəl rəftarları qarşısındakı insandan heç bir mənfəət güdmədən, yalnız Allah'ın razılığını qazanmaq üçün göstərir.

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran