İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

SƏMİMİYYƏTSİZLİYİN QARANLIQ DÜNYASI

Səmimiyyət yalnız Allah qorxusu olan möminlərin sahib olduğu xüsusiyyətdir. Olduğu kimi deyil, fərqli niyyət daşıyan səmimiyyətsiz insanlar bu vəziyyəti gizlədə bilmək üçün əllərindən gələn hər şeyi edirlər. Ancaq bu səyləri əbəsdir, çünki Allah gizlinin gizlisini biləndir.

Səmimiyyətsiz insanlar, ümumiyyətlə, ruh hallarını fərqli şəkildə əks etdirmək istəyirlər. Bunu etməyə çalışarkən qarşı tərəfin inanacağını düşündükləri hərəkətlər edir, bəzi insanlar bu rəftarlara aldansa da, gizlətmək istədikləri bu qaranlıq dünyalarını 'gizlinin gizlisini bilən' Allah’dan gizlədə bilmirlər. Ancaq bu vəziyyəti insanlardan gizlətməyə çalışsalar da, Allah’ın möminlərə verdiyi fərasət sayəsində qısa müddətdə üzə çıxırlar. 

Səmimiyyət Allah’a qarşı dürüst olmaqdır. Allah’ın qəlblərdəkini bildiyini unutmayıb, heç bir mənfəət gözləmədən, özünü olduğundan fərqli göstərməyə çalışmadan, yalnız Allah’ın razılığını axtararaq hərəkət etməkdir. Qəlbdə yaşanmadığı təqdirdə, heç bir şəkildə təqlid edilə bilməyən səmimiyyət namaz qılmaq, oruc tutmaq kimi təqlid edilə bilən mömin xüsusiyyətlərindən fərqlənir, bu, yalnız Allah qorxusu olan möminlərin sahib olduğu xüsusiyyətdir. Buna görə də olduğundan fərqli bir niyyət daşıyan səmimiyyətsiz insanlar bu vəziyyəti gizlədə bilmək üçün əllərindən gələn hər şeyi edə bilərlər. Həyat tərzləri, rəftarları və danışıqları ilə etdikləri işlərdə möminlərin həyatını çox xatırladan bir həyat da yaşaya bilərlər. Allah rizasına uyğun olmayan bu niyyətlərini uzun müddət gizlətdiklərini zənn edə bilərlər. Çünki onlara görə vəziyyətlərini insanlara xəbər verən heç bir dəlil yoxdur. 

Bu şəxslərin saleh möminlərdən fərqli olduqları asanlıqla aydın olur. Çox yardımsevər təəssüratı verən bir insan düşünək. Bu insanın davranışlarını bəzi insanlar bəyənə bilər. Əlbəttə yoxsulları qoruyub himayə etməsi, malını-mülkünü onlarla bölüşməsi, çətin vəziyyətdə olana kömək əlini uzatması Quran əxlaqına uyğun gözəl davranışlardır. Lakin insan bunu 'yaxşı insandır' desinlər məntiqi ilə edirsə, deməli Allah’ın razılığını deyil, qulun razılığını axtarır. Belə ki, bu insan etdiyi yaxşılıqları insanlara bildirməyə və əsl niyyətini isə gizlətməyə çalışsa da, bu cür səmimiyyətsiz rəftarları möminlər tərəfindən dərhal hiss edilir.

Möminlər səmimiyyətsiz insanları Allah’ın bir nemət olaraq verdiyi fərasət (anlayış) duyğusu ilə tanıyırlar. Bir rəftarın yoxlanılmasında adətən konkret dəlillər lazımdır. Ancaq səmimi möminlər konkret dəlillər olmasa da, fərasətləri ilə qarşı tərəfin səmimiyyətini, ya da səmimiyyətsizliyini hiss edirlər. Çünki səmimiyyətsizlik ümumi ruh halıdır. Bəzi davranışlarda nəzərə çarpan bir şey olmasa da, sahib olduğu ruh halının istər-istəməz xaricə əks olunması mömində bir qənaət formalaşdırır. Bu şəxslərin Quran əxlaqından uzaq və mənfi ruh halına sahib olmaları və möminlər kimi səmimi, hüzurlu bir ruh daşımamaları da bu qənaətin formalaşmasına kömək edir.

Xüsusilə, söhbətlərindəki fərqlilik, istifadə etdikləri üslub ruh hallarını çox büruzə verir. Möminlərlə demək olar ki, eyni söhbətləri etsələr də, üslublarında bir fərqlilik olduğu dərhal hiss olunur. Məsələn, səs tonlarında narahat olduqlarını sezdirən bir gərginlik vardır. Həmçinin, söhbətlərinə diqqət edildikdə, çox vaxt nəfsi ön plana çıxaran, dünya həyatını hədəf aldığını göstərən, Allah qorxusunu və Allah razılığını əsas almayan ifadə tərzləri də asanlıqla hiss edilə bilər. Allah bir ayədə belə insanların tanına biləcəyini belə bildirmişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (“Muhamməd” surəsi, 30)

Səmimiyyətsiz bir insanın yaşadığı ruh halını möminlərdən gizləməsi Allah’ın istəyi ilə mümkün deyil. Belə vəziyyətdə insan qəlbində əskik və ya xətalı olan xüsusiyyətləri gizləməməlidir, əksinə düzəltməyə çalışmalı və bunu üçün Allah’a dua etməlidir. Bu vəziyyətdə möminlərin də dəstəyini alaraq, səhvlərini düzəldib səmimiyyəti qazanması daha asan olacaq. Həmçinin, möminlər heç vaxt səhv və qüsur axtarmazlar. Bir insanın səmimiyyətsiz hərəkətlərinin olması bu insana mənfi düşüncə tərzi ilə yanaşmalarına səbəb olmadığı kimi, möminlər bu hərəkətlər qarşısında bağışlayıcı olub düzəltmək niyyəti ilə yaxınlaşırlar.

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

“Mən möminəm” deyən bir insanın səmimi olduğu qəbul edilməlidir. Əksini düşünmək, o insanı səmimiyyətsizliklə ittiham etmək yanlışdır. Allah bir ayədə belə buyurur:


Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
(“Nisa” surəsi, 94)

Başqalarında gördüyü səmimiyyətsizliyi qabardan bir insan da keçmişdə eyni səhvləri özünün etdiyini düşünməlidir. Səmimiyyətsiz hərəkətlərdən bəhs edilsə belə, zamanla bunların düzələ biləcəyi və Allah’ın istəyi ilə hər zaman üçün səmimi bir mömin oluna biləcəyi unudulmamalıdır.

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran