İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

ROMANTİZM

Şirkə əsaslanan romantik sevgi anlayışı cəmiyyətdə eşq, romantizm, saf və təmiz duyğular və s. kimi təsvir olunaraq günahsız göstərilir, hətta ucaldılıb təşviq edilir.

Xüsusilə də, gənc yaşdakı insanları təsirinə alan bu romantizm təlqini ağıl və şüurun inkişafına mane olduğu üçün dindən, imandan, yaradılış məqsədlərindən xəbərləri olmayan, Allah’ı unutmuş, Allah sevgisini, Allah qorxusunu bilməyən, şirki təbii davranış və həyat tərzinə çevirmiş azğın nəsillər ortaya çıxır. İman sahibi olan şüurlu bir insan qəlbən sevməli, yaxınlaşmalı və bağlanmalı olan varlığın Allah olduğunu bilir. Allah’a iman gətirdiyi və itaət etdiyi təqdirdə də, Allah onu həm dünyada, həm də axirətdə çox böyük və sonsuz bir nemətlə - özündən bir sevgi və razılıqla müjdələyir. Bütün bunları da yalnız bir rəhmət və lütf olaraq təmənnasız verir. O halda əsl mənada hər kəsdən çox sevilməyə layiq olan yalnız Allah’dır.

Belə ki, Allah möminləri "(Ancaq) Rəbbinə üz tut!"ayəsi ilə bu mövzuda xəbərdar etmişdir. (İnşirah surəsi, 8)İnsanlara duyulan sevgi də Allah sevgisindən qaynaqlanır. Allah’ı sevən insan Ona itaət edən qullara qarşı şəfqət duyğusu hiss edir. Bu da Allah’ın bu insanlar üzərindəki təcəllilərinə duyulan əsl sevgini meydana gətirir. Buna görə də sevgi ancaq Allah’a duyulmalıdır. Onun təcəllilərinə qarşı duyulan sevgi isə ancaq Allah ürəkdən və ağıldan çıxarılmadan Onun adına bəslənilə bilər. İnsanın bir şəxsi və ya bir əşyanı Allah’dan müstəqil bir varlıq olaraq qəbul edib onu Allah’ı sevən kimi sevməsi isə şirk qoşulduğunun ən diqqətə çarpan əlamətlərindən biridir.

Şirk qoşmanın cəmiyyətdə bir çox növləri var. Atasını şirk qoşma, oğlunu şirk qoşma, arvadını, ərini, ailəsini, idarə rəhbərlərini şirk qoşma bunlardan bəziləridir. Hamısının da əsasında yanlış sevgi hissi vardır.

Qadın-kişi əlaqələrindəki şirk sevgisi

Qadın-kişi əlaqələrində Allah rizası xaricində qurulan qarşılıqlı bağlılıq və birliklər insanları şirkə aparan ən əhəmiyyətli mövzulardan biridir. Bunlar evlilik, ya da cəmiyyətdə geniş yayılan evlilikdən kənar münasibətlər şəklində ola bilər. Bu romantik sevgi anlayışında Allah’a qarşı yerinə yetirmələri lazım olan bütün vəzifələri bir-birlərinə edən, bir-birlərini Allah’dan asılı olmayan müstəqil varlıqlar olaraq görən, Allah’a qarşı duymalı olduqları hissləri bir-birlərinə qarşı duyan "sevgililər" ortaya çıxır. Bu insanlar Allah’ı zikr etmək (xatırlamaq) yerinə, daim bir-birlərini zikr edirlər (xatırlayırlar).

Səhər gözlərini açanda özlərini yaratmış və onlara yeni bir gün bəxş edən Allah’ı xatırlayıb Ona şükür etmək əvəzinə, bir-birlərini düşünür, bir-birlərini xəyal edirlər. Xalq arasında günahsız, hətta məqbul sevgi növü olaraq görünən romantik eşq əslində Allah Qatında lənətlənmiş şirkin bir parçasıdır. Həqiqətləri yalan kimi göstərən şeytan hər mövzunu olduğu kimi bu anlayışları da əslindən uzaqlaşdıraraq insanlara bəzəkli göstərir və insanların çoxu da şeytanın göstərdiyi yolu izləyir. Quran ayəsində belə buyurulur:

'Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. (Ənkəbut surəsi, 38)

Romantik qadın-kişi əlaqəsini yaşayanlar çox vaxt bu həqiqətlərdən xəbərsizdir. Öz-özlərinə atdıqları təhlükənin şüurunda deyillər. Çünki çoxu uşaqlıqdan bəri cəmiyyətdən aldıqları yanlış təlqinlərin və özlərinə doğru yolu göstərəcək yeganə rəhbər olan Qurandan xəbərsiz olmalarının bir nəticəsi olaraq, etdiklərinin Allah Qatında günah olduğunu bilmirlər. Allah’ın dinindən uzaq yaşadıqları üçün əvvəl də ifadə etdiyimiz kimi, böyük bir bataqlığın içində olmalarına baxmayaraq, özlərini doğru yolda zənn edirlər. Allah’a iman gətirmədikləri üçün ağıl və anlayışları korlaşmışdır. Ağılsızlıqla yaşanan şirk sevgisi bir-birlərini ilah etmiş qadın və kişiləri bəzən çox böyük fəlakətlərə sürüyür.

Məsələn, bir-birinə aşiq iki gəncin birlikdə intihar etməkdən zövq alacaq dərəcədə şüurları bağlana bilir. Dünyəvi şərtlərin bir yerdə olmalarına maneə olduğu iki gənc eşqlərini "əbədiləşdirmək", "ruhlarının sonsuza qədər birlikdə olması" kimi mənasız və reallıqdan uzaq təlqinlərlə əl-ələ tutaraq bir körpüdən özlərini ata bilərlər. Halbuki, bunu edərkən əslində özlərini cəhənnəm çuxuruna atdıqlarını dərk etmirlər. Haram olan bir hərəkəti heç bir maneə görmədən reallaşdırarkən öləndə Allah’a qovuşacaqlarına deyil, bir-birlərinə qovuşacaqlarına inanırlar. Son anda ölüm mələklərini görəndə bunu anlayırlar, ancaq artıq iş-işdən keçmişdir.

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

 

 

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran