İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

GİZLİ SİMANIZ: SƏMİMİYYƏT

Səmimiyyət insanın daxili aləmi ilə xarici görünüşünün uyğunlaşması, qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi, açıq-aydın və dəqiq çatdırmasıdır. İnsanın həqiqi düşüncələrini və simasını heç gizlətmədən, özünü olduğundan fərqli göstərməyə çalışmadan, açıq-aşkar ortaya qoymasıdır. Səmimiyyətin mühüm xüsusiyyəti isə qəlbən yaşanmadığı təqdirdə heç vaxt təqlidinin mümkün olmamasıdır.

Allah tərəfindən qarşısı alınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

Səmimi insanın bütün davranışları təbii və qəlbən olduğu üçün digərlərinə də çox gözəl və müsbət təsir bağışlayır. Belə insanın baxışları, danışıq tərzi, üslubu, mimikaları çox təbii və mənalıdır.


Səmimiyyətin yaratdığı mənəvi güc

Bir çox insan səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, səmimiyyətlə qazanılan xüsusiyyətləri çox fərqli davranışlarda axtarırlar. Məsələn, bəzi insanlar qarşılarındakı şəxslərin razılığını qazanmaq üçün müxtəlif süni rəftarlara əl atırlar.

Qarşılarındakı insanın ən çox hansı rəftar və düşüncələrdən xoşlanacağını zənn edirlərsə, qəlbən olmadığı halda elə davranmağa çalışırlar.

İnsanların bir-birindən fərqli xüsusiyyətləri olduqlarına görə hər kəsin yanında müxtəlif davranmağa və düşünməyə də məcbur olurlar. Halbuki, bu səmimiyyətsiz rəftar onları ikiüzlü olmağa sövq edir. Digər tərəfdən, bu süni rəftarlar insanın həqiqi xarakterini əks etdirmədiyi üçün qarşı tərəf üzərində də gözlənilən təsiri meydana gətirmir. Hətta tam əksinə xeyli cansıxıcı olur. Bu insanın həqiqi simasını gizlədiyini və hər rəftarının süni olduğunu bilmək digər insanların da ona narahatlıq və etibarsızlıq hissi ilə yanaşmasına səbəb olur. Süni rəftar Quran əxlaqının yaşanmadığı təqdirdə ortaya çıxır. Bu da həmin şəxslərin Allah'ın deyil, insanların razılığını axtardıqları üçün zərər çəkməsinə səbəb olur. Uca Rəbbimiz olan Allah Özünə şərik qoşulmasını bağışlamayacağını Quranda belə bildirmişdir:

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

Allah Quran'da özlərini insanların razılığını qazanmağa həsr etmiş şəxslərin vəziyyətini isə belə bir nümunə ilə açıqlamışdır:

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)

Səmimiyyət Allah qorxusu ilə qazanılır Quran əxlaqını yaşamayan cahil insanlar səmimiyyətsizliyin Allah Qatındakı və insanlar üzərindəki təsirini lazımi şəkildə düşünmədikləri üçün süni davranmağa davam edirlər. Belə insan xarakterində süni hərəkətlərə tez-tez rast gəlinir. Bu insanlar arxalarından danışdıqları, əslində heç sevmədikləri, hörmət etmədikləri insanlara ortaq mənfəətlərinə görə saxta sevgi nümayiş etdirirlər. Çəkinmədən bir-birlərinə yalan danışır, bir insan haqqındakı pis düşüncələrini gizlədib, soruşulanda tam tərsinə cavab verə bilirlər. Halbuki, Quran əxlaqını yaşayan insan Allah qorxusu olduğuna görə bu cür rəftarlardan çəkinir. Heç vaxt kiçik mənfəətlərə görə insanların razılığını qazanmağı hədəfləmir. Bütün bunların insanı həm Allah Qatında, həm də digər insanların gözündə hörmətdən salacağını bildiyi üçün belə davranışlardan çəkinir.

Məqsədi həyatının hər anında Allah'ın razılığını qazana biləcəyi davranışlar etməkdir. Allah'ın bəyəndiyi əxlaqın ancaq səmimiyyət ilə yaşana biləcəyini də bilir. ...Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24) ayəsindəki kimi Allah'ın insanların qəlblərində gizlətdiklərini bildiyini anlayır. Allah bu həqiqəti başqa ayədə, ''(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir.'' (Taha surəsi, 7) deyə bildirmişdir.
Buna görə də insanın qəlbində olanı ətrafındakılardan gizləməsinin özünə heç bir faydası yoxdur. Onsuz da Allah bunu bilir. İnsanın bu həqiqəti qulaq ardına vuraraq hər kəsi aldatmağa çalışması böyük səmimiyyətsizlik və ağılsızlıqdır. Bunlarla yanaşı, Quran əxlaqını yaşayan insan digərlərinin razılığını qazanmaqla özünə nə dünyada, nə də axirətdə fayda verməyəcəyini bilir. Ona görə də, iman sahibləri şirkdən və insanların razılığını qazanmağa meyilli rəftarlardan çəkinirlər. Bu da onların ömür boyu səmimi olmalarına gətirib çıxarır. Çünki şirkdən tamamilə təmizlənmiş həqiqi tovhid inancı səmimiyyəti əsas şərt kimi irəli sürür.
 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran