İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Dünyaya çox bağlı olurlar

Cahil insanlar qocalığın səbəb olduğu acizlikləri və çətinlikləri açıq-aydın gördükləri halda, yenə də ibrət almır və dünya həyatına olan bağlılıqlarından əl çəkmirlər. Ölümə bu qədər yaxınlaşdıqları halda, yenə də ölümü özlərinə yaraşdırmırlar. Dostlarının bir-bir öldüklərinə şahid olurlar, amma yenə də heç ölməyəcəkmiş kimi davranırlar. Hələ də gələcəkləri üçün pul yığmağa çalışırlar. Bir gün kimsəsiz və pulsuz qalma düşüncəsi ilə yaşayırlar və həmişə bir kənarda yemək, paltar, ya da pul yığırlar. Dünyada çətin vəziyyətdə qalmaqdan bu qədər qorxduqları halda axirətdə nə edəcəkləri haqqında heç düşünmürlər. Axirət həyatı üçün hazırlaşmağı lazımsız hesab edirlər. Halbuki, insanın əsl hazırlıq görəcəyi yer də ancaq axirət həyatıdır. Quranda bizə bu mövzu belə xəbər verilir:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ən'am surəsi, 32)

Bu həqiqəti dərk edən möminlərin qocalıq dövrü isə çox fərqli olur. Demək olar ki, onlar bütün həyatlarını Allah’ın rizasını qazanmaq üçün yaşayırlar.

Zaman keçdikcə axirətə, Allah'ın icazəsi ilə sonsuz cənnət həyatına yaxınlaşmağı ümid edirlər. Bu ümidlə yaşadıqları üçün olduqca şən, rahat və nikbin olurlar. Ətrafındakı insanlara problem yaratmağa deyil, əksinə onların problemlərini həll etməyə, onlara Quran əxlaqını öyrətməyə, Allah'ın razı olacağı xarakteri mənimsətməyə çalışırlar. Fiziki cəhətdən gücsüz olsalar da, ətraflarındakı insanlara fayda verəcək zehni fəaliyyətdə olurlar.

Bu üstün əxlaqlı davranışlarına görə də ətraflarındakı insanlardan böyük sevgi və hörmət qazanırlar. Həm gözəl əxlaqı öyrətdikləri, həm də özləri gözəl əxlaqlı olduqları üçün həmişə hörmət və yaxşı münasibət görürlər. Quranda iman gətirənlərin yaşlı insanlara hörmətlə davranmaları tövsiyə edilmişdir. Allah Quranda belə əmr etmişdir:

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və:

"Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (İsra surəsi, 23-24)

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.(Ənkəbut surəsi, 8)

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. "Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir." (Loğman surəsi, 14)

Allah’a ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (Nisa surəsi, 36)

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
- Küsəyən və ürəyi yumşaq olurlar

- Diqqəti cəlb etməyə çalışırlar

- Sözə baxmırlar

- Düşüncəsiz davranırlar
 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran