İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Cahil qadınların yaşadıqları bu əxlaq çox qısa müddət ərzində həm ruhi, həm də fiziki cəhətdən məhv olmalarına səbəb olur. Əlbəttə ki, bu, Quran əxlaqını yaşamaq əvəzinə cahil cəmiyyətin həyat tərzini seçdiklərinə görə Alllah’ın onlara bu dünyada verdiyi qarşılıqdır. Allah Quranda insanların ancaq Özünü andıqları, Ona təslim olduqları, axirətə hazırlaşdıqları müddət ərzində dünyada gözəl həyat yaşaya biləcəklərini və qəlbən hüzur və rahatlıq tapacaqlarını xəbər vermişdir. Ancaq burada təsvir etdiyimiz insanlar özlərini yaradan sonsuz güc sahibi Allah’ı unutduqları üçün böyük çətinliklə qarşılaşırlar. Dünyada yaşadıqları müddətcə tez-tez kədərlənib ağlayacaq mövzular tapa bilən bu insanlar unutmamalıdırlar ki, Allah’ın insanlar üçün yaratdığı bütün nemətlər qarşılığında Allah’a nankorluq etdikləri üçün axirətdə də sonsuza qədər ümidsizlik və məyusluq içində yaşaya bilərlər.

Küsəyən olurlar

Cahil cəmiyyətlərdə evdar qadın xarakterinin diqqəti cəlb edən xüsusiyyətlərindən biri də küsəyən olmalarıdır. Bu insanlar şüur altlarında qorxularla birlikdə yaşayırlar. İkinci plana atılma, tərk edilmə, aldadılma bunun əsas göstəricilərindəndir. Cahiliyyə sisteminin yanlış təmələ söykəndiyini bildikləri üçün hər an vəfasızlıqla qarşılaşa biləcəklərini düşünürlər. Məhz buna görə də qarşılaşdıqları hər hadisəni, eşitdikləri hər sözü bu psixologiyaya uyğun dəyərləndirirlər.

Məsələn, evlilik ildönümü, ad günü və s. kimi mühüm bir günün həyat yoldaşları, ya da uşaqları tərəfindən unudulması cahil qadınların küsmələrinə və qəribə davranmalarına səbəb ola bilir. Yaxınlarının xırda bir hadisəni belə unutmalarına görə, artıq sevilmədiklərini, əhəmiyyət verilmədiklərini, ya da ikinci plana atıldıqlarını düşünərək küsə bilirlər. Bu ruh halları çox vaxt böyük mübahisələrə və gərgin mühitlərə səbəb olur.

Mömin qadının xarakterində isə belə bir əxlaq pozuqluğu olmur. O hər şeydən əvvəl Allah’ın əmri olduğu üçün nə insanlar, nə də hadisələr haqqında şübhəyə qapılmır. Ortada aydın olmayan bir söz və ya rəftar varsa bunu mütləq dəqiqləşdirir, qarşı tərəfin məqsədini və niyyətini öyrənir və buna uyğun hərəkət edir. Amma heç vaxt nə olduğunu anlaya bilmədiyi mövzu, ya da sözü aydınlaşdırmadan küsəyən davranış göstərmir. Onsuz da Quran əxlaqında küsəyən olmağın doğru olmadığını bilir. Bununla yanaşı, mömin qadının evliliyi və ya dostluğu da yenə möminlərlə olacağından, onsuz da belə hadisələrin ola biləcəyi vəziyyət də meydana gəlmir. Çünki mömin xarakteri sözlərin açıq və doğru danışılmasını tələb edir. Allah kinayəli sözü və cahillərin əxlaqında olan "söz atma" kimi davranışları möminlərə qadağan etmişdir. Göründüyü kimi, mömin qadın Qurana uyğun yaşadığına görə belə bir əxlaq pozuqluğunun təsir etmədiyi olduqca hüzurlu və etibarlı həyat yaşayır.

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Hər şeydən şikayətçi olurlar

Cahil qadınlar yaşadıqları həyatın və öz xarakterlərinin yaratdığı narahatlığı danışıqlarında da tez-tez dilə gətirirlər. Cahil kişilərin də göstərdikləri bu rəftar başda qadınların özləri olmaqla yanaşı, ətraflarındakı hər kəsə də əzab verir. Onların düşüncələrinə görə gün ərzində yemək bişirib, ev təmizləyib və bütün gəncliyini, enerjisini bunun üçün sərf edən qadının "deyinməsi" çox normaldır. Hətta bu, onların ən təbii haqqıdır və ətraf mühit də bunu anlayışla qarşılamalıdır. Ən çox özləri yaşadıqları monoton evliliyin, çətin və yorğun həyatın içindədirlər. Yenə öz düşüncələrinə görə, daha çox həyat yoldaşları bu həyatın maddi öhdəliklərini boynuna götürməlidirlər. Buna görə də ən çox özləri deyinməli və şikayət etməlidirlər. Bunun nəticəsi olaraq da, kişilər narahat olsalar belə, həyat yoldaşlarının ancaq bu tərzdə rahatlaya biləcəklərini və əzablardan uzaqlaşa biləcəklərini düşündükləri üçün bu xarakteri demək olar ki, qəbul edirlər. Ancaq bunu da bildirmək lazımdır ki, bu insanlar belə həyatı bilərək və istəyərək seçirlər. Seçdikləri həyatın hər anında şikayətçi olmaqdan da imtina etmirlər.

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran