"Bir zaman İmranın arvadı demişdi: 'Ey Rəbbim!'Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! ' Həqiqətən, Sən Eşidənsən, Bilənsən."(Ali-İmran surəsi, 35)
Qurandakı bəzi ayələr hz. Məryəmin anasının bu duasının qəbul edildiyini göstərir. Allah Ali-İmran surəsində hz. Məryəmin olduqca gözəl və təmiz əxlaqla boya-başa çatdığını belə bildirir:
"Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi..." (Ali-İmran surəsi, 37)
Yenə başqa ayədə də Allah hz. Məryəmi seçdiyini və onu üstün etdiyini belə xəbər verir:
Bir zaman mələklər dedilər: 'Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi.' " (Ali-İmran surəsi, 42)
Həmçinin hz. Məryəmə Quranda Allah'a könüldən təslim olan, itaətli və Onun əmrlərinə tabe olan insan olmaq əmr edilmişdir: "Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!" (Ali-İmran surəsi, 43)
Hz. Məryəm həyatının müəyyən dövründə ailəsindən ayrılaraq şərqə tərəf çəkilmiş və burada möcüzə olaraq hz. İsanın (ə.s) dünyaya gələcəyi xəbərini almışdır. Ona Cəbrayıl vasitəsilə
"O zaman mələklər dedilər:
'Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və axirətdə 'şan-şöhrətli və (Allah’a) yaxınlaşdırılmışlardan olacaqdır.' " (Ali-İmran surəsi, 45)
Hz. Məryəm Allah'dan möcüzə olaraq özünə heç bir insan əli dəymədən hz. İsaya (ə.s) hamilə qalmış və sonra da kimsəsiz yerdə yalnız özü onu dünyaya gətirmişdir. Allah'ın təyin etdiyi qədərə könüldən təslim olan hz. Məryəm bu hadisələrdən sonra qövmü tərəfindən böhtanlara məruz qalmışdır. Lakin hz. Məryəm yalnız Allah'a sığınmışdır. Allah Quranda hz. İsanın (ə.s) anadan olmamışdan əvvəl və sonra meydana gələn möcüzəvi hadisələri qavraya bilməyən bu qövmün hz. Məryəmə qarşı böhtanlarını və incidici sözlərini belə bildirir: "(Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər:
'Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi.'' (Məryəm surəsi, 27-28)
Allah bir ayədə də qövmün inkarçılarının hz. Məryəmə böyük yalanlar və böhtanlar atdığını belə xəbər verir:
"Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə"(Nisa surəsi, 156)
Allah, hz. İsanı (ə.s) götürüb qövmünə geri qayıtmasını istəyəndə hz. Məryəm Onun əmrinə tabe olaraq insanların özü üçün nə düşünəcəklərinə, haqqında necə böhtanlar atacaqlarına əhəmiyyət verməmişdir. İzahı xeyli çətin olan bu hadisəyə baxmayaraq, bəhanə gətirməmiş və özündən istəniləni yerinə yetirmişdir. O, qövmü tərəfindən atılan bütün böhtanlara həqiqi müsəlmana yaraşan tərzdə cavab vermişdir. Allah'ın əmrlərinə tabe olaraq və insanların özü haqqındakı düşüncələrinə məhəl qoymayaraq insanları ilahlaşdıran cahillərdən çox fərqli əxlaqa sahib olduğunu göstərmişdir. (Harun Yəhya, Quran əxlaqı) Allah Quranda hz. Məryəmin həyatından xəbər verdiyi bu nümunə ilə insanlara çox vacib ismarıc çatdırır. Çünki hz. Məryəm dünyada heç kimin başına gəlməyən, tayı-bərabəri olmayan möcüzəvi hadisə ilə sınağa çəkilmişdir. Olduqca çətin mühitdə insanların təzyiq və böhtanlarına qarşı gözəl səbir göstərmişdir. Bütün bunların nəticəsində isə Allah hz. İsanı (ə.s) hələ beşikdə ikən danışdıraraq anasını insanların böhtanlarından təmizə çıxarmışdır.
Quranda qadına verilən dəyər
www.qurandaqadin.com