
İslam əxlaqına görə, əsl əhəmiyyətli olan, insanın qadın, ya da kişi olması deyil, Allah’a dərin iman və Allah qorxusu ilə bağlanmasıdır, Allah’ın əmr və qadağalarını qoruması, Quran əxlaqını ən gözəl tərzdə yaşamasıdır. İnsanın bu xüsusiyyətlərinə Allah Qatında dəyər veriləcək. Allah Quranda qadın və ya kişi olsun, iman gətirən şəxsin sahib olduğu xüsusiyyətləri açıqlamışdır:
Quranda qadın və kişiyə eyni cür xitab edilir
Quran ayələrinə baxdıqda Allah’ın qadınla kişiyə ortaq xitab etdiyini görürük.
Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu mövzu ilə bağlı bir çox ayə var. Allah Quranda "Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz! " (Nisa surəsi, 124) ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allah’ın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir.
Allah Quranda inkar edənlər haqqında məlumat verərkən də, qadınlara və kişilərə eyni tərzdə xitab edir. Allah inkar edən qadınlarla kişilərin, münafiq qadınlarla kişilərin və müşrik qadınlarla müşrik kişilərin də axirətdə eyni cür qarşılıq görəcəyini, cinsiyyətlərinə görə fərqli qarşılıq görməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:
"Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!" (Əhzab surəsi, 73)
İslam əxlaqında anaya verilən dəyər
Allah Quranda həm qadına qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir. Valideynlər övladlarının gözəl təhsil alıb əxlaqlı olması, özünə və ətrafındakılara faydalı olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlıq edirlər. İnsan özünə verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq..." (Ənkəbut surəsi, 8)
"De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin.'' (Ənam surəsi, 151)
Quranın başqa bir ayəsində isə Allah insana, ana və atasına qarşı gözəl davranmağını, lovğalanmamasını belə bildirir:
"Allah’a ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir." (Nisa surəsi, 36)
Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir. Bununla yanaşı, Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb onun əməyinə də diqqət çəkir:
"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. "Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir." (Loğman surəsi, 14)
Bununla yanaşı Allah, insanın ana və atasının göstərdiyi bu fədakarlıqlarını unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir:
"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (İsra surəsi, 23-24)
İman gətirən hər insan Rəbbimizin yaxınlığını, dostluğunu, sevgisini və razılığnı qazanmağı səmimi qəlbdən istəyir. Ancaq bunun üçün insan Allah’ın peyğəmbərlərini lütfləndirdiyi bu nemətləri özündən qətiyyən uzaq görməməli, Rəbbimizin mərhəmətinin və kərəminin çox geniş olduğunu bilməlidir. Allah insanların Özünə könüldən üz tutaraq istədikləri hər cür neməti verəcəyini bildirmişdir. Buna görə də istər qadın, istərsə də kişi olsun, hər insan peyğəmbərlərin bu yüksək məqamına çata bilməyi qarşısına məqsəd qoymalı və bunun üçün səmimi səy göstərməlidir.
Quranda "Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər – məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar" (Ənbiya surəsi, 101) ayəsində Rəbbimizin dərgahından onlara gözəllik lütf olunan insanlardan bəhs edilmişdir.
Allah qadın-kişi ayrı-seçkiliyi etmədən hər kəsin qarşısına bu insanlardan ola bilmək imkanı çıxarmışdır. İnsan Allah’a səmimi qəlblə bağlanmalı, Onu hər şeydən üstün tutmalı, Rəbbimizin razı olacağı həyatı yaşamalıdır. Bu səmimi imanı yaşayan hər insan Allah’ın istəyinə uyğun olaraq Onun dərgahında etdiyinin ən gözəl əvəzini alacaq.
Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll
Quran əxlaqına görə qətiyyət
Müsəlmanların sevgisi və təvazökarlığı
Gözəl sözün əhəmiyyəti
Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc
Şövqlü və həyəcanlı olmaq
Quranda qadına verilən dəyər
Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir
Quran əxlaqına görə cəsarət nədir?
|
|