| Allah bu üstün davranışların qarşılığı olaraq möminlərə düşmən gözü ilə yaxınlaşanları belə "yaxın dost"açevirir. Bütün insanların qəlbi Allah'ın nəzarəti altındadır. Allah kimi istəsə, onun qəlbini və düşüncəsini dəyişdirə bilər. Gözəl söz söyləyən insan Allah'ın əmrinə tabe olmaqla yanaşı, qarşıdakı insanın yaxşılığı üçün də dua etmiş olur. Allah Quranda gözəl və məlahətli sözün insan münasibətlərindəki müsbət təsirindən bəhs edir. Bu ayələrdən biri də hz. Musa (ə.s) hekayəsindədir. Allah hz. Musa (ə.s) və hz. Haruna (ə.s) Fironun yanına getmələrini və onunla yumşaq danışmalarını əmr edir. Firon olduqca zalım, mərhəmətsiz və azğındır. Ancaq Allah buna baxmayaraq, elçilərinə onunla yumşaq danışmalarını əmr etmişdir. Allah bunun səbəbini də ayələrində belə açıqlamışdır: "Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (Ta ha surəsi, 43-44)
 Həmin ayələr möminlərin inanmayanlarla və qürurlu insanlarla necə danışmalı olduqlarını bildirir. Bu əlbəttə ki, səbir, təvazökarlıq və ağıl tələb edən davranışlardır.
 Allah möminlərin əmrlərinə tabe olaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dostlara çevirəcəyini bir sirr olaraq bildirmişdir. Möminlərin vəzifəsi isə bu sirrin hikmətlərini düşünüb ən gözəl rəftarı qarşısındakına göstərməkdir.  Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll  Quran əxlaqına görə qətiyyət  Müsəlmanların sevgisi və təvazökarlığı  Gözəl sözün əhəmiyyəti   Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc  Şövqlü və həyəcanlı olmaq  Quranda qadına verilən dəyər  Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir  Quran əxlaqına görə cəsarət nədir? |