Maidə surəsində isə peyğəmbərimizə (s.ə.v) bəzi insanların xəyanətlərinə qarşı bağışlayıcı olması belə bildirilmişdir:
'... Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.' (Maidə surəsi, 13)
Ayədə bildirildiyi kimi, Allah peyğəmbərimizə (s.ə.v) tez-tez xəyanət edən bəzi insanlara qarşı da bağışlayıcı olmasını əmr etmişdir. Bunu da bildirmək lazımdır ki, qarşı tərəfin pis əxlaq göstərməsi insanın özünün də belə davranmasına səbəb deyil. Hər insan etdiklərinə görə yalnız Allah qarşısında məsuliyyət daşıyır. Hətta pis rəftara qarşı şəfqət, mərhəmət və gözəl əxlaq göstərə bilmək Qurana görə üstün əxlaq xüsusiyyətlərindəndir.
Mərhəmət olmayan cəmiyyətlərdə amansızlıq hakim olur
Əsrlər boyu insanlar sülh və əmin-amanlıq içində sevgi, ədalət, qarşılıqlı inam və etibarın hakim olduğu cəmiyyətin həsrətini çəkiblər.
Bunun həll yolunu isə müxtəlif fikri, siyasi və hüquqi mübarizədə axtarıblar . Halbuki, cəmiyyətlərdəki fərdlər mərhəməti, anlayışı, hörmət və sevgini lazım olduğu kimi yaşamadıqları üçün bu axtarış nəticə verməmişdir.
Quran əxlaqına uyğun olmayan, Allah qorxusu və sevgisi olmayan, mərhəmətsiz insanlar hər cür pis əməllər edə bilərlər.
Mərhəmət duyğusunun olmadığı cəmiyyətdə insanlar bir-birlərinə, hətta uşaqlarına qarşı şiddət tətbiq edirlər, yoxsulluq qorxusu ilə digərlərini öldürür, küçəyə atılır, oğurluq üçün evlərə girirlər. Bunu etməmək üçün bir səbəb görmürlər.
Belə cəmiyyətdə isə varlılar kasıblara diqqet etmir və haqsızlığa məruz qalan müdafiə olunmur. Qarşılığında mənfəət əldə edilməyəcəksə, fədakarlıq edilmir. Bir insan küçədə ac yaşayarkən, onun yanındakı insanlar bir çox insanın doya biləcəyi yeməkləri çox rahat zibilliyə ata bilir.
İnsanlar bir-birlərinin malını qanunsuz zəbt edərək, saxtakarlıqla pul qazanmaqdan əl çəkmirlər.
Onu da qeyd etmək lazımdır ki, belə cəmiyyətdəki insanlar şahid olduqları saxtakarlıqlara, ədalətsizliklərə və haqsızlıqlara qarşı mübarizə aparmırlar və səslərini də çıxarmırlar. Başqaları üçün özlərini yormağın mənasız, hətta rahat yaşayarkən digərlərinin problemlərini boyunlarına götürməyin böyük ağılsızlıq olduğuna inanırlar. Ortaya isə heç kimin digərlərindən məsuliyyət daşımadığı və edilən səhvlərə, haqsızlıqlara qarşı heç kəsin səs çıxarmadığı mühit çıxır.
Zalım və mərhəmətsiz insanlar zəif və gücsüz olanları istədikləri kimi əzirlər. Quran əxlaqının və buna əsaslanan mərhəmətin yaşanmadığı mühitdə həmişə narahatlıq, çətinlik və zülm hakim olur.
Cəmiyyətdə mərhəməti necə yaymaq olar?
Cəmiyyətdə hansısa davranışın yayılması üçün əvvəlcə o insanlar bu hərəkəti və təməlindəki anlayışı qavramalıdırlar. Quran əxlaqından uzaq yaşayan insanların yaxşı davranışlara yönəlmələri isə çətin deyil, əksinə olduqca asandır. Mərhəmətli olmaq insanın öz-özlüyündə verəcəyi qərara və niyyətə bağlıdır. Niyyətini dəyişdikdən sonra həm dünyada, həm də axirətdə gözəl həyat yaşayacaq və insan Quran əxlaqını yaşadığı üçün mükafatını Allah Qatında alacaq. Həm də uca Allah Quran əxlaqını yaşamağa qərar verib zülmü tərk edən şəxsin günahlarını bağışlayacağını da bildirmişdir:
'Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.' (Maidə surəsi, 39)
Bununla yanaşı, insanlar bir-birlərinə qarşı davranışlarını da düzəltməlidirlər. Bunun sirri isə yaxşılığı əmr etmək və pisliyə gözəl davranışla qarşılıq verməkdir. Allah insanlara, pisliyə ən gözəl davranışla qarşılıq versələr, xeyirli nəticə əldə edəcəklərini vəd etmişdir. Hətta qarşısındakı insanla düşmən olsalar belə, yaxın dost ola biləcəklərini bildirmişdir. (Fussilət surəsi, 34) Pisliyi yaxşılıqla dəf etmək inananların mərhəmət anlayışından qaynaqlanır. Qarşı tərəfin Allah'ın bəyənməyəcəyi pis rəftar içərisində olduğunu gördükləri zaman o insanın axirətini düşündüyü üçün qürurlanmadan, anlayışlı və təvazökar davranır. Uca Allah yaxşılığın Quran əxlaqındakı əhəmiyyətini bir ayədə belə bildirmişdir:
'Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.' (Fussilət surəsi, 34)
İctimai sülhün və əmin-amanlığın təmin edilməsi İslam əxlaqının yaşanması ilə reallaşa bilər
İslam əxlaqı yalnız sülhün, əmin-amanlığın, qardaşlığın təməlləri üzərində qurulmuş cəmiyyətdə yaşana bilər. Buna görə də İslam əxlaqını yaşamaq istəyən insanlar keçmiş dövrlərin təzyiq edən, zalım, mübahisəçi anlayışlarından sıyrılmış yeni cəmiyyət meydana gətiriblər. Bir çox qərbli tarixçi də bu həqiqəti əsərlərində dilə gətirmiş və İslam əxlaqını yaşayan müxtəlif cəmiyyətlərdə müsbət təsirlər meydana gətirdiyini ifadə etmişdir.

Professor Robert Briffault Bəşəriyyətin İnkişafı (The Making of Humanity) adlı əsərində Qərb cəmiyyətinin İslam əxlaqı ilə olan əlaqəsini belə bildirir:
Bütün bəşəriyyətin azadlığı, insanların qanun qarşısında bərabərliyi, demokratik hökümət qaydaları, Amerika konstitusiyasının hazırlanmasına liderlik edən və İnsan haqqları bəyannaməsini təşkil edən qaydalar Qərbin yenilikləri deyildi. Bu qaydaların hamısının təməlləri müqəddəs kitab Quranda var. Bu qaydalar orta əsrlərdə Avropadakı ziyalıların İslamdan öyrəndikləridir. 3
Yuxarıda izah edilən həqiqətlər İslam əxlaqının bütün dünyaya əsrlər boyu sülh, anlayış və ədalət dərsi verdiyinin ifadəsidir. Hal-hazırda bütün insanlar belə mədəniyyətin həsrətini çəkir və bunun yenidən meydana gəlməməsi üçün heç bir problem yoxdur. Lazım olan tək şey odur ki, əvvəlcə insanlar Quran əxlaqını yaşamağa niyyət etməli, daha sonra da digərləri arasında eyni əxlaqı yaymaq üçün səy göstərməlidirlər. Quranda bildirilən əxlaq yaşananda cəmiyyət içində heç bir ayrı-seçkilik olmadan hər kəs ədalətli, mərhəmətli, anlayışlı, sevgi dolu, bağışlayıcı, səmimi olacaq və Allah'ın iznilə yer üzündə sülh və əmin-amanlıq hakim olacaq. Rəbbimiz bu mövzu ilə bağlı möminlərin sahib olacağı üstün əxlaqı bir ayəsində belə bildirmişdir: 'Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat Məhz onlar nicata qovuşanlardır.'(Ali-İmran surəsi, 104)
'Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah’ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.' (Yunus surəsi, 26)
Mənbələr : :
1. Ahmet, I. 248 (El-Camiu's Sağir, I, 34, Abdurrezzak'dan, Ata), Doç. Dr. Talat Sakallı, Hadislerle İslam'da Hoşgörü ve Kolaylık, Çağlayan Yayınları, İzmir, 1996, s. 78
2. Tırmizi, Rudani, Büyük Hadis Külliyatı Cem'ul-fevaid, cilt 5, No: 9692, İz Yayıncılık, İstanbul, s.323
3. Prof. Robert Briffault, İnsanlığın Gelişimi (The Making of Humanity), https://tolueislam.com/Shabbir/SA_WINC_4.htm, Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s.38
Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll
Quran əxlaqına görə qətiyyət
Müsəlmanların sevgisi və təvazökarlığı
Gözəl sözün əhəmiyyəti
Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc
Şövqlü və həyəcanlı olmaq
Quranda qadına verilən dəyər
Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir
Quran əxlaqına görə cəsarət nədir?