"....Bir-birinizə həsəd aparmayın (kin bəsləməyin), düşmən olmayın, yaxşı münasibətləri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allah'ın qulları qardaş olun.''
Unutmamalıyıq ki, Allah Quranda möminlərə "mübahisə etməmələrini " (Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədəcəyini bildirir. Müsəlmanlar Rəbbimizin "Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!..." (Ali-İmran surəsi, 103) əmrinə görə bir olmalı, "Öz yolunda möhkəm divar kimi səf çəkib " (Səff surəsi,4) yaxın münasibətlər qurmalıdırlar. Möminlərin dostluq və qardaşlıq qurmaqdan uzaqlaşıb bir-birlərini vəli hesab etməmələri isə yer üzündə böyük qarışıqlığa səbəb ola bilər. Heç bir müsəlman isə belə böyük günahı öz boynuna götürmək istəməz. Allah bu təhlükəni belə bildirmişdir:
''Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.' (Ənfal surəsi, 73)
Gülər üzlü və gözəl sözlü olmaq
Müsəlmanların sevgilərinin və təvazökarlıqlarının nəticələrindən biri də gülər üzlü və gözəl sözlü insanlar olmalarıdır. Rəbbimiz "Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir." (İsra surəsi, 53) ayəsi ilə iman gətirənlərin üslubunu bildirmişdir. Bu ayə müsəlmanların bütün insanlara və bir-birlərinə qarşı qəlbinə dəyən, söz atan, lağ edən, sərt danışıq üslublarından istifadə etməmələrini göstərir.
Allah'ın əmr etdiyi əxlaqı yaşayan insanlar pisliyə də yaxşılıqla qarşılıq verir, Onun rizası üçün səbir edir, mehriban davranır və qəzəblənmirlər. Danışıq tərzləri və davranışları insanlarda arxayınlıq yaradır. Hz. Əli (ə.s) mübarək peyğəmbərimizin (s.ə.v) bu mövzudakı gözəl rəftarını möminlərə belə bildirir:
...İnsanları bir-birinə sevdirəcək, yaxınlaşdıracaq mövzular haqqında danışırdı. Onları qorxudub özündən uzaqlaşdırmazdı. Hər qövmün başçısına hörmətlə yaxınlaşardı...
Göründüyü kimi, peyğəmbərimizin (s.ə.v) gözəl sözü və hikmətli davranışları insanların bir-birlərini sevmələrinə, dost olmalarına səbəb olmuş və onlara İslamı sevdirmişdir. Hz. Muhəmmədin (s.ə.v) cəmiyyətlərin rəhbərlərinə hörmət etməsi də möminlər üçün vacib nümunədir. Peyğəmbərimizin (s.ə.v) nəvəsi hz. Həsən (ə.s) də hz. Muhəmmədin (s.ə.v) danışığındakı hikmət və gözəlliyi möminlərə belə izah etmişdir:
Çox gözəl sözlərlə (çox məna ifadə edəcək az sözlərlə) və yığcam danışırdı. Nə çox danışırdı, nə də az.
Bütün bunlar möminlərin danışıq üslublarının necə olduğunu bildirən vacib məlumatlardır. Müsəlmanların danışıqları ilə birlikdə davranışlarındakı nəzakət və zəriflik də olduqca vacibdir. Hər vəziyyətdə gülər üzlü olmaq möminlərin kübarlığının göstəricisidir. Bu mövzuda da həmişə olduğu kimi möminlər Quran əxlaqını və hz. Muhəmmədin (s.ə.v) rəftarını nümunə götürürlər. Peyğəmbərimizlə (s.ə.v) eyni dövrdə yaşayan möminlər onun gülər üzünü, nəzakətini, incə düşüncəsini və xeyirxahlığını çox fərqli nümunələrlə ifadə etmişdirlər:
Gülər üzlü olmağı və hamı ilə nəzakətli rəftar etməyi onu xalqın hörmət edilən böyüyü etmişdi. Hamı onun nəzərində eyni mövqedə idi.
Allah Elçisi həmişə gülər üzlü, mülayim xasiyyətli idi...
Allah Elçisi... xalqın ən çox gülümsəyən və şən insanı idi.
Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də gülər üzlü olmalarını tövsiyə etmiş və belə demişdir:
Siz insanları mallarınızla razı sala bilməzsiniz, onları gülər üz və gözəl xasiyyətlə məmnun edə bilərsiniz. Allah Təala asanı əmr edən və gülər üzlü olan insanı sevər.
Müsəlmanların söhbət məclisləri
Müsəlmanların gözəl əxlaqlarını nümayiş etdirdiyi mühitlərdən biri də bərabər olduqları söhbət məclisləridir. Burada daim Allah xatırlanır, Rəbbimizin adı ucaldılır, Onun rizası üçün faydalı və xeyirli işlər danışılır. Bu mühitlər təmizliyi ilə ürəkaçıcı olmaqla yanaşı, müsəlmanların gözəl davranışları ilə də diqqət çəkir. Müsəlmanların bir yerdə olduqları mühitlər sevginin ən gözəl tərzdə təzahür etdiyi, nəzakətin, hörmətin, iltifatın və gözəl sözün hakim olduğu yerlərdir.
Müsəlmanların söhbətləri qəlbən və səmimidir. Sünilik, riyakarlıq möminlərin çəkindikləri pis davranışlardır. Möminlər istişarə ilə hərəkət etdiklərinə görə hamının sözü və fikri dəyərlidir. Müsəlmanların söhbət məclisləri qətiyyən mübahisəli deyil. Çünki İslam əxlaqı iman gətirənlərin öz düşüncələrində təkid etməmələrini, vicdana, ədalətə və xeyirə uyğun gələn ən gözəl fikirə tabe olmalarını tələb edir. Möminlər "mənim fikrim qəbul edilsin", "mənim fikrim qəbul edilsin" mənim düşündüyüm ən doğrusudur" kimi qürurlu ifadələrdən uzaq dayanırlar "... Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf surəsi, 76) ayəsi ilə də buyurulduğu kimi, müsəlman həmişə özündən daha yaxşı bilən biri ola biləcəyini, ən məqsədəuyğun duşüncəyə sahib olduğunu iddia etməsinin böyük səhv olduğunu bilir. Özü bir mövzuda xeyli məlumat sahibi olsa da, qarşısındakının da başqa mövzuda dərin biliyə sahib ola biləcəyini düşünür. Buna görə də digər mömin qardaşlarını maraq və nəzakətlə dinləyir. Əvvəlcə onların sözlərindən, təcrübəsindən nəsə öyrənməyə cəhd edir. Müsəlmanların bu gözəl əxlaqı Quran ayələrinə tabe olmağın nəticəsi və peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) əxlaqının möminlərdəki təzahürüdür.
İmam Qəzali etibarlı hədis qaynaqlarından istifadə edərək peyğəmbərimizin (s.ə.v) söhbət məclislərini belə təsvir etmişdir:
... Hüzurunda oturan hər kəsə iltifat edərdi. Buna görə də hüzurundakı hər kəs onun yanında özündən daha dəyərlisi olmadığını düşünərdi. Bəli, onun oturuşu, dinləməsi, sözləri, gözəl lətifələri həmişə yanında oturanlar üçün gözəl nümunə idi. Onun məclisində həmişə həya, təvazökarlıq və təhlükəsizlik hakimdi... Könüllərini xoş tutmaq üçün səhabələrini ləqəbləri ilə çağırar, ləqəbi olmayanlara da ləqəb taparaq onunla xitab edərdi.
Hz. Əli (ə.s) isə bu mübarək söhbət məclislərini belə izah edir:
(Birlikdə) oturduğu insanların hər biri ilə maraqlanar, qeyri-adi rəftar etdiyi təəssüratı yaranmazdı. Ehtiyacını təmin etməsi üçün yanına gələn və ya onunla ayaqüstü söhbət edən kimsəyə qarşı səbirli olar, o şəxs ayrılmadıqca, özü də getməzdi.
Heç kimin sözünü kəsməz, bitirənə qədər gözləyərdi.
Bütün bu məlumatlar müsəlman əxlaqının və həyatının necə olduğunu açıq-aydın göstərir. Müsəlmanlar eyni ilə peyğəmbərimiz (s.ə.v) kimi sevgiləri, təvazökarlıqları, nəzakətləri, təmizlikləri, mülayim xasiyyətləri, gülər üzləri, mərhəmətləri, anlayışlı rəftarları və gözəl sözləri ilə insanlara nümunə olmalıdırlar. Rəftarları ilə Quran əxlaqını və sünnətini ən gözəl tərzdə nümayiş etdirməyə diqqət etməlidirlər. Bu gözəl əxlaqı yaşayanlar davranışları ilə (Allah'ın iznilə) bir çox insanın İslam əxlaqını sevməsinə səbəb ola bilərlər.
QAYNAQLAR: ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s. 33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.34... ' Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.801... ' Bezzar, Ebu Yala, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111... ' Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998,, s.444... ' Tirmizi, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 798... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s. 33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.34... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.32... ' G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi, İstanbul, 1997, 70/10... ' Buhari ve Müslim; Huccetü'l İslam İmam Gazali, İhya'u Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 152... ' Mace Cilt10, s. 32
Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll
Quran əxlaqına görə qətiyyət
Müsəlmanların sevgisi və təvazökarlığı
Gözəl sözün əhəmiyyəti
Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc
Şövqlü və həyəcanlı olmaq
Quranda qadına verilən dəyər
Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir
Quran əxlaqına görə cəsarət nədir?
|
|