İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Quran əxlaqına görə qətiyyət

Qətiyyət Allah'ın Quranda bildirdiyi, peyğəmbərlərin və saleh möminlərin ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Möminlərin bu xüsusiyyətlərinin mənbəyi Allah'a olan güclü imanları və həmişə Onun razılığını axtarmalarıdır.   Heç bir çətinlik möminləri Allah'ın əmrlərini yerinə yetirməkdən çəkindirə bilməz. Mömin qətiyyəti ilə həyatı boyu şövqlə qulluq vəzifəsini yerinə yetirir və (Allah'ın diləməsindən başqa) Onun əmr etdiyi gözəl əxlaqı yaşayır.

Qəti qərarlılıq və güclü iradə imanla, təvəkküllə meydana gələn mömin xüsusiyyətidir. Çünki Allah'a təvəkkül etmiş və qədərə təslim olmuş insan əsla çətinlik qarşısında acizlik göstərmir. Hər şeyi Allah'ın yaratdığını bildiyi üçün şövqlə, həyəcanla qarşısına çıxan hər fürsəti istifadə edir.

Möminlər Quranda, ''Möminlərin içərisində Allah’a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.' (Əhzab surəsi, 23) ayəsi ilə bildirildiyi kimi,  Allah'ın razılığını qazanmaq üçün ölənə qədər qətiyyət göstərən şəxslərdir.

Məsələn, Quranda qərarlı və qətiyyətli olmaları təriflənən kəhf əhlindən ''onların qəlbinə qüvvət verildiyi' (Kəhf surəsi, 14) bəhs edilir. Bildiyimiz kimi, kəhf əhli Allah’a iman gətirdikləri üçün yaşadıqları cəmiyyətin qəddar hökmdarı tərəfindən təzyiqə məruz qalıblar. Bu problemi isə mühitdən uzaqlaşmaqla mağaraya sığınaraq həll ediblər. Gizləndikləri dövrdən sonra ortaya çıxdıqda da Allah'a təvəkkülləri ilə qərarlılıq göstəriblər.  Bu qərarlı davranışları onların səmimi müsəlman olduqlarının əsas dəlillərindəndir. Hər şeyi qədərdə ən gözəl tərzdə Allah yaradır və Allah istəmədikcə heç bir güc möminlərə zərər verməz. Kəhf əhli də bu həqiqəti bildikləri üçün bütün hadisələr qarşısında təvəkküllü və qətiyyətli mövqe tutublar.

İnsanın ibadətlərində qərarlı olmağı çox vacibdir. Qurandakı 'sərt yoxuş' (Bələd surəsi, 11) anlayışı qərarlılığın əhəmiyyətini açıqlayır. Qərarlılığın bitməsi isə ölüm deməkdir. Mömin başına gələn hər hadisəyə səbir göstərməlidir. Allah Quranda a  belə buyurur:

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Sənə beyət edənlər Allah’a beyət etmiş olurlar. Allah’ın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də   Allah’la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər. (Fəth surəsi, 10)

Möminlər qətiyyətlərinə görə imtahan olunurlar

Möminlərin qətiyyətini Allah müxtəlif şəkillərdə imtahan edir. Məsələn, Allah möminləri öyrətmək üçün bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. . (Bəqərə surəsi, 155)

Qəti qərarlılığa sahib olan mömin ayədə ifadə edildiyi kimi, özünə verilən bütün bu çətinliklərə səbir edər. Quranda Allah möminlərin bu rəftarını ayələrində belə tərifləyir:

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar   Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: 'Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!– olmuşdur. (Ali-İmran surəsi, 146-147)

Çətinliklərə səbr etməmək isə möminə yaraşan rəftar deyil:

Ancaq Allah’a və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 45)

Nemət verildikdə də qətiyyət göstərmək

Çətinliklərlə yanaşı ələ keçən yaxşı imkanların da insan üzərində zəiflədici təsiri var. Rahatlıq çox insanın həyəcanının və şövqünün azalmasına səbəb olur. Ancaq unutmamalıyıq ki, Allahın verdiyi nemətin müqabilində təkəbbürlənmək və Ondan üz çevirmək inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus surəsi, 12)

Halbuki, bu davranış iman gətirən insana məxsus deyil. Əllərinə yaxşı imkan keçsə də, (var-dövlət, vəzifə kimi) bu onların qətiyyətinin azlamasına təsir etmir. Çünki mömin bütün bunları Allah’ın verdiyini və dilədiyi an geri ala biləcəyini də bilir. Buna görə də əsla təkəbbürlənmir.

Şövqlə ciddi səy göstərmək və həddi aşmamaq möminlərin qətiyyətinin göstəricisidir. Bu ayədə axirət üçün ciddi səy göstərənlərdən belə bəhs edilir:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

Axırzaman fitnələrinə qarşı da möminlər qərarlı davranmalıdırlar

Qiyamətdən əvvəlki dövrdə məsih dəccalın ortaya çıxıb insanları Quran əxlaqından uzaqlaşdıracağı, yer üzündə qarışıqlıqlara və zülmə səbəb olacağı hədislərdə bildirilmişdir.

Peyğəmbərimiz (s.ə.v) hədisində   "Allah hz. Adəmi yaradandan bəri dəccalın fitnəsindən daha böyük fitnə olmamışdır." 1 sözləri ilə insanları bu böyük təhlükəyə qarşı xəbərdar etmişdir. Digər hədisdə isə'Allah'ın göndərdiyi hər peyğəmbər ümmətini dəccal təhlükəsinə qarşı xəbərdarlıq etdi' 2 sözləri ilə bu fitnənin yalnız müsəlmanlar üçün deyil, bütün insanlar üçün böyük təhlükə olduğunu bildirmişdir.

Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccalın insanları yaxşılıqlardan uzaqlaşdırmaq üçün hər üsula əl atacağı, müxtəlif hiylələrlə geniş kütlələri təsiri altına alacağı bildirilmişdir. Dəccal bu məqsədinə çata bilmək üçün cahillərlə yanaşı iman sahibi insanları da aldatmağa çalışacaq. Dəccalın təlqinlər və taktikalarla əksər zəif imanlı insanları aldada biləcəyi və bu yolla ətrafına tərəfdar yığacağı hədislərdə belə bildirilir:

Kim dəccalın gəldiyini görsə ondan uzaqlaşsın. Allah’a and olsun ki, insan özünü mömin zənn edərək (özünə güvənərək) ona yaxınlaşar və dəccalın izi ilə də gedər. 3

Dəccalın peyda olduğunu eşidəndə ondan qaçın. Çünki insan rədd etmək niyyəti ilə yaxınlaşarkən ona tabe olub qalar. Bu ona görədir ki, dəccal ilə yanaşı ürəklərə vəsvəsə verən çox şeylər vardır. 4

Axırzamanda səmimi iman sahibi müsəlmanları bu təhlükədən uzaq tutan mühüm xüsusiyyətləri qətiyyətləri olacaq. Quranı və peyğəmbərimizin (s.ə.v) sünnətini rəhbər edən möminlər Allah'ın iznilə əsla yanılmayacaqlar. Bu mövzuda qərarlılıq göstərən və diqqətli olan möminlər dünyada və axirətdə qələbə çalacaqlar. Allah'ın iznilə axırzaman imanında qərarlı olan möminlərin qalib gəldiyi, onların vəsiləsi ilə yer üzündə gözəl əxlaqın, sülh və əmin-amanlığın hakim olduğu gözəl dövr olacaq.

Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir. (Maidə surəsi, 56)

De: "Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.
O bizim Himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!"
(Tövbə surəsi, 51)

 

Mənbələr:

1 Medineli Allame Muhammed B. Resul El-Hüseyni el Berzenci, Kıyamet Alametleri, Pamuk Yayıncılık, Genişletilmiş 8. Baskı, İstanbul, tarihsiz, s.225
2 Sahih-i Buhari, Fiten 27
3 (İmam-ı Ahmed. Ebu Davud. Hakim)(Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 99)4 (Ebu Davud, Melahim: 14) (Kıyamet Alametleri, İsmail Mutlu, s. 82)


• Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll

• Quran əxlaqına görə qətiyyət

• Müsəlmanların sevgisi və təvazökarlığı

• Gözəl sözün əhəmiyyəti

• Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

• Şövqlü və həyəcanlı olmaq

• Quranda qadına verilən dəyər

• Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir

• Quran əxlaqına görə cəsarət nədir?

 

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran