İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

ŞÖVQLÜ VƏ HƏYƏCANLI OLMAQ

Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "... Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün vacib ibadətdir.

Ümumi mənası ilə xatırlatsaq, şövq insanın hər hansı bir mövzuya qarşı daxilən ciddi bir maraq və istək duyması və bu məqsədinə çata bilmək üçün səmimi səy göstərməsidir. Böyük-kiçik hər insanın həyatında şövqlə bağlandığı bir çox mövzu var. Bəzən maddi mövzularda yaşanan bu şövq, bəzən də bir çox dünyəvi maraqlarda özünü göstərir... Bəzi insanlar varlı ola bilmək, mövqe, məqam və karyera sahibi ola bilmək üçün çalışarkən, bəziləri də insanlar arasında üstün mövqe əldə etmək, hörmət, etibar və tərif qazana bilmək üçün əmək sərf edirlər. Məsələn, bir şagirdin universitet imtahanından keçmək üçün göstərdiyi oxumaq əzmi, çox istədiyi yeni bir işə başlayan bir insanın işində göstərdiyi şövq və ya yaxşı qazanc gətirəcəyinə inanılan ticarət üçün göstərilən şövq və səy hər kəsə məlumdur. Ancaq bütün bu nümunələrdə qəti olaraq diqqəti cəlb edən ortaq cəhət vardır ki, o da şövqün insana çox fərqli və güclü bir xarakter qazandırmasıdır. Ancaq bir çox insanın şövqü qalıcı deyil. Bunun səbəbi isə heç şübhəsiz ki, bu insanların şövqlərinin möhkəm təmələ söykənməməsidir. Hər nə olursa olsun, şövqlərinə dəstək olan, onlara hər an güc verən qəti məqsədə sahib deyildirlər.
Həyatlarının sonuna qədər qəlblərində yaşadıqları şövqü əsla itirməyən yeganə insanlar isə möminlərdir. Çünki möminlərin şövqlərinin qaynağı Allah’a olan imanları və Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoymalarıdır.

Möminlərdə şövq və həyəcan

Möminlərin yaşadığı şövq və həyəcan cahil cəmiyyətlərdə hakim olan "mənfəətlərə söykənən şövq" anlayışından çox fərqlidir. İnananların şövqü Allah’a olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahil cəmiyyət kimi ehtirasla dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmətli və şəfqətli olan Allah’a yönəltmişdirlər. Allah’a duyduqları sevgi və bağlılığın nəticəsi olaraq həyatları boyu Allah’ın rizası üçün səy göstərirlər. Allah’ın rizasını qazanmaq istəyi möminlərin ən əhəmiyyətli şövq və sevinc mənbəyidir. Allah’ın rizasını qazanmaq və Allah’ın möminlər üçün hazırladığı cənnətə qovuşa bilmək arzusu onlara bitib-tükənməyən mənəvi güc və şövq qazandırır. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur. Allah'a olan iman möminin, Rəbbimizin razılığını qazanmaq üçün ciddi səy göstərməsinə səbəb olur. Möminlər Allah'ın razılığını qazanmağı həyatlarının əsl məqsədi hesab edərək bu yolda ciddi səy göstərən şəxslərdir. Allah Quranda onlardan Allah yolunda malları və canları ilə cəhd edən, yəni səy göstərən, çalışan şəxslər kimi bəhs edir. Çünki bütün həyatlarını Allah'a həsr etmiş, Onun razılığına, cənnətinə qarşılıq olaraq sahib olduqları maddi-mənəvi hər şeyi ortaya qoymuşlar.

Tək vəkil Allah’dır

İnananların Allah’a qarşı güclü və qərarlı təslimiyyət göstərə bilmələrini və hər çətinliklə qarşılaşdıqda ruhdan düşmədən "Allah bizə bəs edər" (Ali-İmran surəsi, 173) deyə biləcək qədər yüksək bir ruha sahib ola bilmələrini təmin edən çox əhəmiyyətli bir xüsusiyyətləri var: Allah rizasını qazanmaq şövqü… İmanın qazandırdığı bu şövq insanın fiziki və zehni gücünü ən yüksək səviyyəyə qaldıran və beləcə, insanın hər zaman ən gözəl və ən dinc şəkildə yaşamasını təmin edən bir qüvvədir. Allah eşqindən qaynaqlanan bu həyəcan inananlara böyük mənəvi qüvvət, dözüm və müqavimət verir. Dəmir kimi bir iradə, cəsur və igid xarakteri qazandırır. Möminlər bu imani güc sayəsində hər çətinliyə ən gözəl şəkildə sinə gərə bilir və istənilən şərtlərdə bütün gücləri ilə Allah’ın rizasını qazanmaq üçün səy göstərməyə davam edirlər. Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "... Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün əhəmiyyətli ibadətdir. Möminlər həyatlarının sonuna qədər hər an daha da artan şövqə sahib olmalıdırlar. Bu məqalənin yazılmasındakı məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli bir sirr olduğunu açıqlamaq, səbir və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allah’ın çağırışına tabe olan möminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara "genişliyi göylərlə yer üzü qədər olan " (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir də xatırlatmaqdır. Həmçinin, Allah’ın bildirdiyi kimi, "yarışıb önə keçənlərdən " olmaq var ikən, özlərinə "orta yol " tutan və dinin bu şəkildə yaşanılmasının kifayət etdiyini hesab edənlərə də belə böyük bir nemətin varlığını xatırladaraq hərəkətə keçirməkdir. Aşağıdakı ayə möminlərin yaşadıqları şövqü açıq-aydın göstərir:

  BÖLMƏLƏR
İnsan xarakterləri
QADIN XARAKTERLƏRİ
İnsan xarakterləri
KİŞİ XARAKTERLƏRİ
İnsan xarakterləri
YAŞLI İNSAN XARAKTERİ
İnsan xarakterləri
PEŞƏLƏRƏ GÖRƏ XARAKTERLƏR
İnsan xarakterləri
VARLI XARAKTERİ
İnsan xarakterləri
SONRADAN GÖRMƏ
İnsan xarakterləri
ƏNTƏL XARAKTERİ
İnsan xarakterləri
LAQEYDLİK XARAKTERİ
İnsan xarakterləri
NİYƏ XOŞBƏXT OLA BİLMİRLƏR
İnsan xarakterləri
TƏK HƏLL YOLU QURAN ƏXLAQI
İnsan xarakterləri
MƏQALƏLƏR
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

"Möminlər ancaq Allah’a və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cəhd edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır." (Hucurat surəsi, 15)

• Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll

• Quran əxlaqına görə qətiyyət

• Müsəlmanların sevgisi və təvazökarlığı

• Gözəl sözün əhəmiyyəti

• Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc

• Şövqlü və həyəcanlı olmaq

• Quranda qadına verilən dəyər

• Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir

• Quran əxlaqına görə cəsarət nədir?

 

 
İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri
İnsan xarakterləri İnsan xarakterləri

Adnan Oktar | Tv izlə | İmani saytlar | Fosil | Təkamülçülərə cavab | Quran