Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc
Allah rizası üçün həmrəy olmaq möminlərin gündəlik həyatda və çətinliklər qarşısında müvəffəqiyyət əldə etməsinin vacib sirridir. Müsəlmanların tarix boyu başlarına gələn hadisələrə baxdıqda da çətinliklərdən həmişə bu tərzdə xilas olduqlarını görürük. Başda insanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələri olmaqla bütün müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşayıblar. Göstərdikləri üstün əxlaq və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının bütün dünyaya yayılmasına səbəb olublar.
Möminlərin vacib xüsusiyyətlərindən biri də qardaşlıq, həmrəylik mənasını verən təsanüddür. Rəbbimiz Quranda bütün möminlərin qardaş olduğunu bildirmişdir. Möminlər Allah rizası üçün yaşayan, Onun rəhmətini və cənnətini ümid edən insanlardır. Buna görə də bir-birilərini çox sevirlər və həmrəydirlər. Allah bu gözəl əxlaq xüsusiyyətindən razı olduğunu Quranda belə bildirir:

''Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.' (Saff surəsi, 4)
Möminlər gözəl əxlaqlı, təvazökar və sevgi doludurlar. Buna görə də möminlər arasında təsanüd çox rahat yaranır. Allah möminlərin bir-birlərinə olan bağlılıqlarının necə olduğunu Quranda belə bildirmişdir:
'Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.' (Ali-İmran surəsi, 103) |